Süni İntellekt texnologiyasına marağınız varsa, bu kitabları MÜTLƏQ oxuyun! | Banco.az

Süni İntellekt texnologiyasına marağınız varsa, bu kitabları MÜTLƏQ oxuyun!

Tamara Mustafayeva, Banco.az

Süni İntellekt artıq gündəlik həyatımızda belə tez-tez eşitdiyimiz anlayışlardan birinə çevrilib. Barəsində irəli sürülən fərziyyələr, doğru-yalnış fikirlər, əsla sona çatmayan müzakirələr... Bir tərəfdə süni intellekt texnologiyasının təkmilləşməsi ilə daha yaxşı həyat standartlarına çatacağımızı iddia edənlər, digər tərəfdə isə hər şeyin pisləşəcəyinə inananlar. Bəs siz hansı düşüncəyə sahibsiniz? Ya da mövzu ilə bağlı fikir bildirmək üçün kifayət qədər informasiyalı olduğunuzdan əminsinizmi? Əgər ikinci suala cavabınız “xeyr”dirsə, bugünkü məqalədə tövsiyə edəcəyimiz kitabları oxumaqla süni intellekt texnologiyası ilə bağlı daha ətraflı məlumat əldə edə bilərsiniz.

1. “Yapay Öğrenme” (Süni İntellekt Təlimi) – Ethem Alpaydın

Əhatə dairəsi kifayət qədər geniş olan bu kitabda nəzarət edilən, edilməyən və möhkəmləndirilmiş tədris üçün istifadə edilən bütün metodlar, ehtimallara əsaslanan modellər, süni sinir şəbəkələri, qərar ağacları, gizli Markov modelləri təhlil edilir, həmçinin miqyas kiçiltmə, qruplaşdırma, model birləşdirmə, eksperiment dizaynı və analiz kimi mövzular ətraflı izah edilir.

2. “Artificial Intelligence: A New Synthesis” (Süni İntellekt: Yeni Sintez) – Nils J. Nilsson

Kitabda süni intellekt texnologiyasının tarixi müəyyən xronoloji ardıcıllıqla nəql edilir. Yazıçı ayrı-ayrı şəxslərə deyil, onların fikir və təhlillərinə, bunların necə reallaşmasına daha çox diqqət yetirib.

3. “Master Algorithm” (Aparıcı Alqoritm) - Pedro Domingos

Yazıçı bu vaxta qədərki ən mühüm və inqilab xarakterli uğurlardan biri olan süni intellekt texnologiyasının sirlərini açır və “Google” və “Amazon”-a, istifadə etdiyiniz smartfonlara güc verən mexanikaların içərisinə nəzər salmağınıza şərait yaradır.

Ən sərfəli kredit üçün müraciət et

4. “Rise of the Robots: Technology and the Threat of a Jobless Future” (Robotların Yüksəlişi: Texnologiya və İşsiz Gələcəyə dair Təhdid) – Martin Ford

Gələcək geniş miqyaslı rifah yoxsa ifrat bərabərsizlik və iqtisadi etibarsızlıq doğuracaq? Bu sualın cavabını məhz bu gün tapıb yolumuzu müəyyənləşdirməliyik. Robotların sayının artması, texnoloji inkişafın sürətlənməsinin bizim və gələcək nəsillər üçün yaradacağı iqtisadi nəticələri başa düşmək üçün sözügedən kitabı mütləq oxumalıyıq.

5. “The Mystery of Consciousness” (“Şüurun Sirri) – John R. Searle

İnsan zehninin kompüter kimi işləməsi və beyin funksiyalarının kompüter proqramları tərəfindən yenidən formalaşdırıla bilməsi iddialarını təhlil edən yazıçı bu əsərdə güclü məntiqi yanaşma tərzi ilə dualizmin, materializmin və süni intellektin üzləşdiyi ziddiyyətləri açır.

Həmçinin oxu: Süni İntellekt dövrünün işçiləri üçün lazımi 5 xüsusiyyət

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram