"Süni intellekt bank sektorunda bir çox insanı işsiz qoyacaq" | Banco.az

"Süni intellekt bank sektorunda bir çox insanı işsiz qoyacaq"

Müəllif: Tamara Mustafayeva, Banco.az

Citigroup: Süni intellekt bank sektorunda bir çox insanı işindən edəcək.

Banco.az xəbər verir ki, ABŞ-ın ən böyük banklarından biri olan “Citigroup” dərc etdiyi hesabatda süni intellektin maliyyə sahəsindəki işlərə digər sektorlardan daha çox təsir edəcəyini bildirib.

Bankın çərşənbə günü dərc edilən süni intellektlə bağlı yeni hesabatında bank sektorundakı işlərin təxminən 54 faizinin avtomatlaşdırılması üçün yüksək potensial olduğunu bildirib.

“Citigroup”un Baş texnologiya direktoru Devid Qriffits sözügedən hesabatı müşayiət edən bəyanat yayıb.

Onun sözlərinə görə, generativ süni intellekt “bank sənayesində inqilab etmək və gəlirliliyi artırmaq potensialına malikdir”. 

Ən sərfəli kredit üçün müraciət et

O bildirib ki, “Citi”nin və əməkdaşlarının gücünü artırmaq üçün AI-nin təhlükəsiz və məsuliyyətli şəkildə tətbiqinə diqqət yetirməyə başlayıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et