“Sumqayıt Texnologiyalar Parkı”nın rəhbərliyinə təyinatlar olub | Banco.az

“Sumqayıt Texnologiyalar Parkı”nın rəhbərliyinə təyinatlar olub

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasına (MŞ) sədr təyin edilib.

Bu, Aqil Qurbanovdur.

O, indiyə qədər “PAŞA Holdinq” MMC-yə daxil olan “PAŞA İnvestments” MMC-də çalışıb. Bundan başqa, adı çəkilən holdinqin əməkdaşı Fuad Nəcəfli və holdinqə daxil olan “PAŞA Bank” ASC-nin əməkdaşı Şirin Əliyeva isə MŞ-nın üzvləri təyin olunublar.

STP-də digər vəzifə təyinatları də olub. Belə ki, Rauf Atakişiyev şirkətin baş maliyyə inzibatçısı, Seymur Hacıyev isə baş satınalmalar inzibatçısı təyin edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, Azər Sadıqov STP-nin Audit Komitəsinin sədri, Rəqsanə Əfəndiyeva isə Daxili audit departamentinin rəhbəri vəzifələrinə gətirilib.

Yaxın vaxtlarda şirkətin “PAŞA Holdinq”in idarəetməsinə keçəcəyi və holdinqə çevriləcəyi bildirilir.

Xatırladaq ki, STP 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 225,87 milyon manatdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et