Sumqayıt Texnologiyalar Parkına yeni Baş İcraçı Direktor təyin olunub | Banco.az

Sumqayıt Texnologiyalar Parkına yeni Baş İcraçı Direktor təyin olunub

Sumqayıt Texnologiyalar Parkına (STP) yeni Baş İcraçı Direktor təyin olunub. Nəzdində bir sıra Biznes Vahidləri və Müştərək Şirkətlər olan quruma Ruslan Ağabəyli rəhbərlik edəcəkdir.

Ruslan Ağabəyli istehsal sahəsində 20 illik peşəkar təcrübəyə malikdir. O, bundan öncə Lafarge-Holcim şirkətində Biznesin İnkişafı, Satış, Satınalma və İnsan Resurslarının İdarəolunması sahələrində yerli və beynəlxalq səviyyədə müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, Ruslan Ağabəyli Azərbaycan İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə bakalavr və magistr təhsili alıb. Çalışdığı müddətdə  "London Business School", "İMD", "İNSEAD" və "Ivey Business School"  kimi xarici təhsil ocaqlarında müxtəlif ixtisasartırma kursları keçibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et