Azərbaycanda su ilə bağlı vahid məlumat bazasına 313 su anbarlarından məlumat daxil olmaqdadır.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
Umayra Tağıyeva bildirib ki, su ehtiyatlarının səmərəli istifadəsinə dair milli strategiya layihəsi hazırlanıb: “Alternativ su mənbələrindən istifadə üçün 481 yaşayış məntəqəsini əhatə edən 460 içməli su istehsal edən pilot layihə tətbiq edilir. İqlim dəyişmələri ilə bağlı su problemi bəşəriyyətin qarşılaşdığı ən böyük problem olacaq. Hazırda Böyük Qafqazın çaylarında sululuq normadan 38% çoxdur, Kiçik Qafqazda isə 35 % çox qeydə alınıb. Bu, bizi sakitləşdirməməlidir. Su ehtiyatlarının səmərəli istifadəsi ən vacib məsələlərdən biridir”.
apa
Bizi sosial şəbəkələrdən izləyin!!