STRESSİZ və XOŞBƏXT yaşamaq üçün nə etməliyik? | Banco.az

STRESSİZ və XOŞBƏXT yaşamaq üçün nə etməliyik?

Tamara Mustafayeva, Banco.az

Xüsusilə son zamanlar yaşadığımız hadisələr nə qədər pozitiv düşünməyə çalışsaq da, zaman-zaman bizi sanki bir girdabın içinə çəkir. Gələcəyə və həyatımızın daha yaxşı olacağına dair ümidlərimiz azalır, ya da ən yaxşı halda onları qorumaq bizə əlavə stress mənbəyi olur. Odur ki, bugünkü məqaləmizdə stressiz və xoşbəxt bir həyat üçün faydalı olacaq bəzi tövsiyələr verəcəyik.

1. Hər zaman oyandığınız vaxtdan 15 dəqiqə erkən oyanın.

Günə erkən başlayan insanlar daha xoşbəxtdirlər!

2. Yatmazdan əvvəl növbəti gün üçün hazırlaşın.

Evdən işləməli olsanız belə, səhər geyinmək üçün sevdiyiniz və sizə özünüzü yaxşı hiss etdirən paltarları seçin.

3. Gələcəyə dair yeni planlar qurun.

4. Yaddaşınıza etibar etməyin, bütün planlarınızı yazın.

5. Şəxsi qulluğunuza fikir verin.

6. Prioritetlərinizi müəyyənləşdirin.

7. “Xeyr” deməyi öyrənin.

Özünüzü rahat hiss etməyiniz bütün məsələlərdə bunu vərdişə çevirin.

8. Neqativ düşüncəli insanları özünüzdən uzaqlaşdırın.

9. Vaxtınızdan səmərəli istifadə edin, xüsusilə də bu günləri öz lehinizə çevirin.

10. Yemək vaxtlarını müəyyənləşdirin və hər gün eyni saatda yeməyə öyrəşin.

11. Mühüm hesab etdiyiniz sənədlərin nüsxəsini çıxarın, vacib elektron məlumatları bir neçə yerdə yaddaşda saxlayın.

12. Ehtiyaclarınızı proqnozlaşdırmağa çalışın.

Ən sərfəli kredit üçün müraciət et

13. Sevmədiyiniz bir işi icra etməli olduğunuz zaman başqa bir insandan kömək istəyin.

14. Böyük işləri mərhələli formada yerinə yetirin.

15. Problemlərə, ümumiyyətlə qarşılaşdığınız hadisələrə fərqli baxış bucağından yanaşmağı sınayın.

16. Həyatınızdakı bütün qeyri-müəyyənlikləri aradan qaldırın.

17. Bütün suallara cavab tapmağa çalışmayın, sadəcə “bilmirəm” deməyi bacarın.

18. Reallaşmasını istədiyiniz bir dilək diləyin və bunun üçün çalışın.

19. İnsanlara xoş sözlər söyləyin, sevdiklərinizə sizin üçün necə dəyərli olduqlarını hiss etdirməkdən çəkinməyin.

20. Nəhayət hər şey başa çatıb günəşli günlərə qovuşduğumuz zaman təbiətin seyrinə çıxın, kiçik bir uşağa çərpələng uçurtmağı öyrədin, ev heyvanınızı gəzintiyə çıxarın, yeni yerlər və mədəniyyətlər kəşf edin, dostlarınızla daha çox vaxt keçirin və ən əsası, GÜLÜMSƏYİN!

Həmçinin oxu: Mütləq izləməli olduğunuz ən yaxşı YENİ İL FİLMLƏRİ

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et