1. Populyar nəşrlərdə qonaq postlarının yazılışı
Siz sizi maraqlandıran bloqun redaktoruna məqalənin mətni və qısa təsvirini ehtiva edən məktub göndərə bilərsiniz. Əgər gözəl yazmağı bacarmırsınızsa, onda bunu həmişə dostunuzdan xahiş edə bilərsiniz.
2. Mükafat kontentinin pulsuz paylanması
Belə yanaşma yalnız əvvəlcədən ödənişli olan məhsul üçün işləyəcək. Bu halda insanlar özləri üçün aşkar üstünlüyünü görürlər - qənaət! Belə satışlar/bağışlamalar/müsabiqələr haqqında elanları tematik bloqlarda yaymaq olar. Məsələn, Ben öz servisi Wibiyanın pulsuz pro-hesablarını təklif edir – hər biri adi vaxtlarda 119 dollaradır. Pulsuz almaq üçün bir sıra sadə hərəkətləri yerinə yetirmək lazımdır, məsələn, dostlarınla xidmət haqqında paylaşmaq.
3. Rapportive Servisi
Rapportive – sizin Gmail poçtunuzla çalışan plaqindir. Bu xidmət insana elektron poçt ünvanı ilə onun bütün sosial şəbəkələrdəki hesablarını izləməyə imkan verir - əlaqələrin qurulması üçün çox rahatdır. Yaxud investor və ya lazımı jurnalisti mümkün olan istənilən yerdə tapmaq üçün.
4. Hacker News
Hacker Neüs – Y Combinator vençur fondu tərəfindən yaradılmış, özünəməxsus sosial şəbəkədir. Orada özünü tənzimləyən qrup fəaliyyət göstərir: İnsanlar xoşlarına gələn postlara səs verərək, onların yuxarıya qaldırır, və ilk pilləni tutan post sizə tamaşaçı bir dəfəyə 10-50 min izləyici verə bilər. Lakin, oradaki publikanın xoşuna gəlib gəlməyəcəyini başa düşmək üçün paylaşmazdan əvvəl dərc edilən kontenti diqqətlə araşdırmaq lazımdır.
5. Proqramınıza güzəştlər edin
Bu üsul - bütün proqram mağazalarında həqiqətən işləyən azsaylı üsullardan biridir. Əvvəlcə siz öz proqramınızı qiymətləndirirsiniz, sonra isə onu ödənişsiz edirsiniz! Bu aksiya sizə 30 minədək yükləmə verə bilər. Bundan əlavə, sizin proqram müzakirə olunacaq ki, bu da, şübhəsiz, daha çox xeyir verəcək. Yadda saxlamaq vacibdir ki, xüsusi proqramların cürbəcür aqreqatorları var və bir çox insanlar onları izləyir.
6. Viruslu layihələr
Siz sizin əsas brendinizi hiss olunmadan məhşurlaşmağa kömək edəcək müvəqqəti layihə yarada bilərsiniz. Məsələn, Codeacademy - gözəl interaktiv proqramlaşdırma kurslar təklif edən startap - Code Year layihəsini işə salıb. Bu yeni ildən kodlaşdırmanın sirlərinə yiyələnməyə qərar vermiş adamlar üçün proqramdır. Hər həftə abunəçilərinə Javascript və HTML üzrə növbəti sadə dərs göndərilir. Belə Codeacademy fənnə daxil olmaqda olan çətinliyi süni şəkildə azaldaraq yeni şagirdlər cəlb edir.
7. Sosial düymələr
Twitter, Facebook, ВКонтакте, Google+ və s paylaşma düymələri əlavə etsəniz siz auditoriya ilə qarşılıqlı fəaliyyəti çox artıracaqsınız. Üstəlik, indi bu düymələri əllə və bir bir əlavə etməyə ehtiyac yoxdur - prosesi avtomatlaşdırmağa xüsusi servislər imkan verir, məsələn, Addthis.
8. Appsumo
Appsumo - xüsusi kupon servisidir. Çox populyardır, onun bazasında 730 mindən çox abunəçi var. Siz öz pullu məhsullarının birini böyük güzəştlə ilə təklif edə və nəticəsi müşahidə edə bilərsiniz necə promokodlar və premium-hesablar sizə yeni sadiq istifadəçilər və yaxşı rəylər verir.
9. Bloggerlərlə əlaqə qurun
Populyar nəşrlərdən başqa, populyar bloggerlər də var. Nə üçün onları media meydança kimi istifadə etməyək? Lazımi insanı seçib, sözügedən Rapportive köməyi ilə onun elaqələrini tapıb, savadlı yanaşma(axı ona nəsə dəyərli, ən azı maraqlı kontent təklif etmək vacibdir) düşünüb qısa məktub yazmaq kifayətdir. Sonra onunla elə həmin Rapportive köməyi ilə əlaqə saxlamaq olar.
10. Üslubla hərəkət edin
Dropbox Yadınızdadır, Dropbox özünü necə məhşur edir və necə özünə yeni istifadəçilər cəlb edir? Birincisi, dəvətlər sistemi – hər dəvət edilmiş istifadiçiyə görə sizə biraz da virtual məkan. İkincisi, buludda əlavə yeri sadəcə dostlarına Facebook/Twitter`də servis haqqında danışmaq yolu ilə almaq olar. Üçüncüsü, orada qeydiyyat oyuna bənzəyir - məsələn, Space Race, "Kosmik yarış", harada ki tez-tez müxtəlif universitetlərin tələbələri Dropbox`da qeydiyyatdan və öz ali məktəblərini bulud yaddaşından istifadə edən şagirdlərin sayına görə birinci pilləyə çıxarmağa çalışaraq.