Starbucks haqda heç kimə məlum olmayan MARAQLI FAKTLAR | Banco.az

Starbucks haqda heç kimə məlum olmayan MARAQLI FAKTLAR

Keyfiyyət və müştəri məmnuniyyəti bir şirkəti önə çıxaracaq əsas ünsürlərdəndir. Banco.az sizi bu iki faktoru özündə birləşdirən Starbucks şirkəti haqda hamıya məlum olmayan informasiyalarla tanış edəcək. Starbucks dünya üzrə tanınan marka olmaqla bərabər hər zaman öz statusunu qorumaq üçün yeniliklər tətbiq etməkdə davam edir. Starbucks haqda danışarkən maraqlı bir fikir diqqət çəkir: “Ev, iş, Starbucks”. Belə münasibət Starbucksı öz rəqiblərindən fərqləndirir. Starbucks bu fərqi öz müştərisinə xidmət sektorunda da göstərməkdədir. Beləki, burda işə qəbul olan barista mütləq qaydada ilk həftə şirkətin təməl fəlsəfəsi, müştəri məmnuniyyəti və qəhvə hazırlamaq texnikası haqda məlumat alır. Bundan sonrakı bir ayda isə namizəd 5-6 dəfə gigiyenadan yeməyə qədər müxtəlif mövzularda təlimlərdə iştirak etməlidir. Bütün bunlardan sonra işə başlayan işçi artıq müştəriyə kofe təklif edərkən hansı kofenin hansı növ şirniyyatla uyğun gəldiyinin ona bildirəcək səviyyədə bacarıq sahibi olur.

Həmçinin oxu : İtaliyanın ilk “Starbucks”-ı göz qamaşdırdı​

Starbucksı fərqləndirən bir digər məqam onun dünyada sahib olduğu statusdur. İnsanların Starbucksı çox ziyarət etməsinin əsas səbəbi onların alış-veriş mərkəzlərinə yaxın yerləşməsi və o cümlədən istirahət üçün xoş mühitin yaratmasına şərait yaratmasıdır. Məsələn, Starbucksda əyləşərkən heç kim sizi nəsə sifariş etməyə məcbur etməz. Bütün bu kimi kiçik marketinq sirrləri insanların Starbucksı sevməsinə şərait yaradır. Bundan əlavə Starbuck öz menyusunu fəaliyyət göstərdiyi regiona uyğun seçir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu : Bahalı kofe satan Starbucks dünyada 25 min mağazasını necə açıb?

Bunun üçün hər hansı ölkədə öz mərkəzini açmazdan öncə şirkət marketinq araşdırması ilə bərabər regiondakı insanların ümumi adət-ənənələri, psixoloji faktorları nəzərə alır. Buna misal olaraq, Türkiyədə ilk fəaliyyətə başladığ dövrdə türk qəhvəsinin menyuya daxil edilməsini misal göstərmək olar.

Məlumat üçün bildirək ki, dünyada 1 ildə 7 milyard kilo qəhvə yetişdirilir. Bunun 142 miyonu, təqribən 2%-i Starbucks tərəfindən alınır.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et