İtaliyanın ilk “Starbucks”ı göz qamaşdırdı | Banco.az

İtaliyanın ilk “Starbucks”ı göz qamaşdırdı

Ötən məqalələrimizdən birində Çindən Kanadaya qədər 65 ölkədə 21 mindən çox mağazası olan "Starbucks" qəhvə restoranları zəncirinin qəhvə mədəniyyətinin yüksək inkişaf etdiyi İtaliyada nə üçün filialının olmamasın səbəbi haqqında yazmışdıq. Həmçinin “Starbucks” – ın böyük bir risk alaraq sentyabr ayında ilk şöbəsini açacağını xəbər vermişdik.

Nəhayət həmin tarix gəlib çatdı. “Starbucks” qəhvə restoranları zəncirinin qurucusu Howard Schultzun illər əvvəl qəhvə mədəniyyətindən və espresso qəhvəsindən ilham aldığı İtaliyada 47 il sonra ilk dəfə dünən (6 sentyabr) “Starbucks” açıldı.

Açılan yeni “Starbucks” – ın əsas xüsusiyyəti onun İtaliyadakı ilk Starbucks restoranı olmasıdırsa da, bu onun yeganə xüsusiyyəti deyildir. Milan şəhərində yerləşən tarixi Piazza Cordusio binasının içində açılan “Starbucks Reserve Roastery” restoranı interyer və eksteryer dizaynı ilə də bütün dünyanı özünə heyran qoydu.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Howard Schultzun İtaliyaya işgüzar səfəri zamanı diqqətini cəlb edən qəhvə mədəniyyəti “Starbucks” qəhvə restoranları zəncirinin hazırki məşhurluğuna səbəb olmuşdur. İtalyanların marağına səbəb olmayan espresso əsaslı Amerika qəhvələri hazırda Milandakı ilk Starbucks ilə İtaliyaya daxil olmuşdur və şirkət 2018 – ci ilin sonlarından etibarən Milanda başqa şöbələr də açmağı planlaşdırır. Bəs, siz nə düşünürsünüz, Milandakı ilk Starbucks restoranın dizaynını bəyəndinizmi?

Həmçinin oxu: Starbucks-a Çin bazarında yeni rəqib - Lukkin Coffee

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et