“Standard Insurance” müflis elan edilib, Ləğvetmə Komissiyası yaradılır | Banco.az

“Standard Insurance” müflis elan edilib, Ləğvetmə Komissiyası yaradılır

Azərbaycan Mərkəzi Bankının (AMB) bu il mayın 19-da lisenziyasını ləğv etdiyi “Standard Insurance” Sığorta Şirkəti müflis elan edilib.

Bununla bağlı iyulun 29-da Bakı Kommersiya Məhkəməsi qətnamə qəbul edib. 

Hazırda sığorta şirkətində Ləğvetmə Komissiya yaradılır. Komissiyaya İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov rəhbərlik edəcək.

Qanunvericiliyin tələblərinə uyğun olaraq “Standard Insurance”lə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəlikləri İSB-yə ötürüləcək, könüllü sığorta müqavilələri isə ləğv olunaraq sığorta haqları müştərilərə geri qaytarılacaq.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram