"Spotify" da "Clubhouse"a rəqib olmağa hazırlaşır | Banco.az

"Spotify" da "Clubhouse"a rəqib olmağa hazırlaşır

Tamara Mustafayeva, Banco.az

"Clubhouse" ilə başlayan canlı söhbət tendensiyasına marağın gün keçdikcə artması öz növbəsində yeni tətbiqlərin yaranmasına və ya Twitter, Instagram, Facebook kimi sosial media nəhənglərinin platformalarına oxşar funksiyaları əlavə etməsinə və bununla da rəqabətin güclənməsinə gətirib çıxardı. İndi isə onlayn musiqi tətbiqi olan "Spotify" da bu rəqabət halqasına qoşulmağa hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Spotify" platformasının canlı səs tətbiqi formasında hazırladığı funksiyanın adı "Greenroom" müəyyən edilib. iOS və Android əməliyyat sistemlərinin hər ikisində istifadə edilə bilən tətbiq istifadəçilərin idman, musiqi və digər mədəniyyət sahələrində söhbət etməsinə imkan yaradır. Bununla yanaşı, söhbətlərin səs yazmasını həyata keçirməyə və podkast kimi yayımlamağa imkan yaradan "record" funksiyası da aktiv ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Greenroom" tətbiqi "Betty Labs" tərəfindən yaradılan və "Spotify"ın ötən aylarda satın aldığı "Locker Room"un əsasında yaradılıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et