SpaceX ilk dəfə tam heyətlə kosmosa göndərildi | Banco.az

SpaceX ilk dəfə tam heyətlə kosmosa göndərildi

Tamara Mustafayeva, Banco.az

Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) SpaceX şirkətinə məxsus içində 4 kosmonavtın olduğu "Dragon" kosmik gəmisini fəzaya buraxıb. Kosmonavtlar beynəlxalq kosmik stansiyada 6 ay qalacaqlar. 

SpaceX Falcon 9 roketi içərisində "Crew-1" adı verilən 4 kosmonavtdan ibarət ilk tamheyətli ekipaj ilə kosmosa göndərilib.

Şənbə günü fəzaya buraxılması planlaşdırılan, ancaq Eta qasırğası səbəbilə təxirə salınan SpaceX şirkətinə məxsus roket 27 saat davam edən səfərdən sonra bazar ertəsi yerli vaxtla 23:00-da Beynəlxalq Kosmik Stansiyaya (BKS) yaxınlaşacaq. 

NASA-nın kosmonavtları Mike Hopkins, Victor Glover və Shannon Walker ilə Yaponiya Kosmik Araşdırmalar Mərkəzinin (JAXA) kosmonavtı Soichi Noguchi elmi tədqiqatlar aparmaq üçün BKS-də 6 ay qalacaqlar.

Qeyd edək ki, koronavirusa yoluxma şübhəsi səbəbilə karantində olan SpaceX şirkətinin CEO-su İlon Mask roketin fəzaya buraxılmasını izləyə bilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, SpaceX şirkətinin bu kosmik roketi ilk dəfə may ayında NASA kosmonavtları Robert Behnken və Douglas Hurleylə BKS-ə sınaq uçuşu həyata keçirmişdi. 

Həmçinin oxu: İlk insanlı kosmik gəminin uçuşu reallaşdı - Kosmik Turizm Dövrü Başlayır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et