Bu il Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya və Qafqaz ölkələrində bankların əməliyyat xərcləri 10%-dən çox artacaq.
Bunu "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi proqnozlaşdırıb. "S&P"yə görə, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan və Özbəkistanda bankların əməliyyat xərclərinin artmasına əsas səbəb davamlı yüksək inflyasiya, rəqəmsallaşmaya əhəmiyyətli investisiyaların davam etməsi, marketinq xərcləri tələb edən yüksək rəqabətdir.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!