“Sosial və İqtisadi Rifaha Yardım” İctimai Birliyi qrant müsabiqəsinin qalibi olub | Banco.az

“Sosial və İqtisadi Rifaha Yardım” İctimai Birliyi qrant müsabiqəsinin qalibi olub

“Sosial və İqtisadi Rifaha Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsi ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə mövzusu üzrə müsabiqəyə təqdim etdiyi “Göygöl rayonunda kəndturizmi və aqroturizim potensialının dayanıqlı inkişafının təbliği” adlı layihə qalıb elan olunmuşdur.

Layihənin məqsədi Göygöl rayonunda kənd və aqro turizminin imkanlarını öyrənmək, yerli əhali arasında kənd və aqro turizminə maraq yaratmaqla ekoloji mühitin qorunmasına töhfə verməklə bərabər, əhalinin maddi rifahının yüksəldilməsinə dəstək göstərmək, ixtisaslı bələdçilərin hazırlanması, turistlərə xidmət göstərəcək sakinlərə müxtəlif istiqamətlərdə təlimlər vermək, regionda fəaliyyət göstərən turizm şirkətlərinin diqqətini kənd və aqro turizminə yönəltməklə, ölkəmizin sürətlə inkişaf edən turizm sahəsinə töhfə verməkdən ibarətdir.

Layihə çərçivəsində  21.07.2023-cü il və 01.08.2023-cü il tarixlərində müstəqil ekspert tərəfindən Göygöl  rayonunda kənd və aqro turizmi xidmət sektorunda iştirak edən müxtəlif fərdlərdən ibarət 40 nəfərə təlimlər təşkil olunmuşdur.

Təlimlərdə iştirakçıların kənd və aqro turizmi sahəsində maarifləndirilməsi təşkil olundu. Iştirakçılar arasında kənd və aqro turizmi sahəsinə maraq yaratmaqla ekologiyanın qorunmasına töhfə verildi. Həmçinin turistləri qəbul etmək, onlara göstərilən xidməti düzgün təşkil etmək, əlavə xidmətlər və turistlərin sakit, rahat istirahətini təmin etmək sahələri üzrə bilgilər verildi.