Son illərdə sosial medianın inkişafı şirkət və qurumların bu platformaya olan marağını artırdı. İstər şirkətin, istərsə də məhsulun ictimai mediada təqdimatı cəmiyyətə daha rahat çatmağa müvəffəq oldu.
Dünyada hər 13 adamdan birinin Facebook-da qeydiyyatının olması, gündə orta hesabla 460 min adamın Twitter hesabı açdığını və YouTube-nin hər ay 800 milyona yaxın ziyarətçiyə ev sahibliyi etdiyini düşünsək bu platformanın önəmini görərik.
Azərbaycanda sosial media Facebook platforması üzərində daha çox inkişaf edib. 1 milyona yaxın istifadəçi axınının olması, Azərbaycandakı şirkətlərin Facebook-u istifadə etməsinə səbəb olur. Lakin sadəcə Facebook üzərindən açılan şirkət və ya məhsula bağlı səhifələrin mövcud olması, istənilən nəticəni verə bilməz.
Eyni zamanda digər şəbəkələrdə də aktiv fəaliyyət göstərmək lazımdır ki, ilk yada düşən siz olasınız.
Facebook bir növ aysberqin görünməyən üzünü görməyə köməkçi olur. Bu əsasən rəylərdən asılıdır. Azad platforma olan Facebook-da uğurlu fəaliyyət sərgiləmək şirkət və ya məhsulun imici baxımından əhəmiyyətlidir.
Hal-hazırda Azərbaycandakı bankların əksəriyyəti Facebook platformasından bu və ya digər dərəcədə istifadə edir. Əgər sizə bank və onların face fəaliyyətləri maraqlıdırsa, bu keçiddən istifadə edə bilərsiniz. http://banco.az/az/news/banklarimiz-ve-facebook-hansi-bank-daha-cox-aktivdir
Biz sizə bu gün Taksit kartların sosial mediadakı fəaliyyətini təqdim edəcəyik. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, Azərbaycanda 6 taksit kartı ictimai mediada təmsil olunur. Bunun nə dərəcədə uğurlu olub olmadığına qərar vermək sizlərə qalıb.
Aşağıdakı cədvəldə siz Taksit kartlarının Facebook istifadəçiləri tərəfindən bəyənilmə sayını və səhifə idarəçilərinin verilən suallara cavab vermə müddətini görəcəksiniz. Təəssüflə bildirmək istərdim ki, Ay Kartın Facebook səhifəsindən heç bir cavab gəlmədi. (QEYD: cavab müddəti mesaj qutusuna göndərilən mesajla müəyyənləşdirilmişdir)
Kart |
Bank |
Fan sayı |
Müzakirə edənlər |
Cavab müddəti |
Application |
Albalı Kart |
Unibank |
74378 |
1421 |
69 dəq. |
2 |
Ay Kart |
Dəmirbank |
531 |
1 |
3 |
|
Bolkart |
Bank of Baku |
138359 |
2261 |
10 dəq. |
10 |
Extra Kart |
ASB Bank |
1421 |
3 |
18 dəq. |
1 |
Həzz Kart |
AG Bank |
920 |
389 |
4 dəq. |
0 |
Worldcard |
Yapıkredi Bank Azərbaycan |
68448 |
2304 |
5 dəq. |
9 |
Amma eyni zamanda nəzərə almaq lazımdır ki, böyük səhifələrin cavablandırma da gecikməsi üzrlü sayıla bilər. Buna səbəb müraciətlərin çoxluğudur. Amma hər halda diqqətli olmaq vacibdir.
Banklar Twitter platformasından istifadə etsələr də, öz məhsullarını bu platforma üzərində təqdim etmir. Sadəcə Worldcard Twitter-dən istifadə edir. İndiyə qədər 604 tweet yayımlayıb və 64 follower sayına sahibdir.
Worldcard Instagram platformasındanda istifadə edir. 12 post yayımlayan Worldcard-ın 129 izləyəni var.
Səhifələr bacardıqca aktiv saxlanılmalıdır. İnsanların onları unutmaması üçün bu çox vacibdir. Biz aşağıdakı cədvəldə Taksit kartları səhifələrinin son 1 həftə ərzində aktivlik siyahısını orta rəqəmlərlə təqdim edirik.
Ay Kart və Extra Kartın son bir həftə ərzində face fəaliyyəti olmadığı üçün siyahıda yer almayıb.
Kart |
Post sayı |
Like sayı |
Rəy sayı |
Paylaşma sayı |
Albalı Kart |
4 |
68 |
31 |
2 |
Bolkart |
20 |
86 |
35 |
2 |
Həzz Kart |
13 |
21 |
6 |
5 |
Worldcard |
21 |
33 |
9 |
1 |
Günel Abduraxmanova / Banco.az