Müəllif: Gülnar Əhmədli, Banco.az
Son günlər 2026-cı ildə ölkədə benzin və dizelin qiymətlərinin artıb-artmayacağı əhali arasında maraq doğuran suallardandır.
“Ölkədə benzinin qiyməti xarici bazardan asılıdır. Xarici bazarda xam neftin qiyməti ötən illə müqayisədə aşağı düşüb və bu səbəblə benzinlərin qiyməti də ucuzlaşıb. Ona görə bahalaşma üçün heç bir obyektiv səbəb yoxdur”.
Bunu Banco.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Onun sözlərinə görə, Azərbaycan o ölkələr sırasındadır ki, burada yanacağın qiyməti dövlət tərəfindən daim tənzimlənib: "Yəni bizdə Gürcüstanda, Rusiyada, Qazaxıstanda, Türkiyədə olan kimi yanacağın qiymətini bazar təsdiqləmir. Tələb təklif məsələsi yoxdur".
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 109,3 min ton dizel yanacağı istehsal edilib. Eyni dövrdə 1 225,2 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 2% azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!
