Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təxminən 3 milyard manat təşkil edib.
Banco.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% və ya 375,6 milyon manat çoxdur.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 15,6% artaraq 1,9 milyard manat təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 105,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 % çoxdur. Həmçinin, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8% artaraq 76,6 milyon manata çatıb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 16,9% artaraq 536,2 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19,5% artaraq 372,3 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!