Son zamanların ən uzun reklam filmi - hansı məqsədlə çəkilib? | Banco.az

Son zamanların ən uzun reklam filmi - hansı məqsədlə çəkilib?

JetSuiteX adlı özəl təyyarə səfərləri təşkil edən müstəqil hava yolu şirkəti sərnişinlərinə digər hava yolu şirkətlərinə nəzərən uçuş vaxtına iki saat qənaət etdiklərini vurğulamaq üçün məhz iki saatlıq bir reklam filmi çəkib.

“The Longest Goodbye” adlı 2 saat davam edən reklam filmində küçədə 2 saat ərzində bir-biri ilə vidalaşan bir cütlük görülür. Cütlük bu müddət ərzində gah mübahisə edir, gah qucaqlaşır, gah söhbət edir, bir sözlə hər hansı bir cütlüyün bu iki saatlıq müddət ərzində edə biləcəklərini yerinə yetirirlər.

Sözügedən hava yolu şirkəti normal uçuşlar üçün tələb edilinən iki saatlıq gözləmə vaxtının vaxt itkisi olduğunu vurğulayarkən bu müddəti nə üçün sevdiklərinizlə keçirməyəsiniz deyə insanların diqqətini çəkməyə çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Filmin kreativ direktoru reklamın standartlardan çox uzun olan bu müddətinin səbəbini insanlara necə vaxt itkisi yaşadıqlarını göstərmək olduğunu söyləyib. İnsanlara sevdikləri ilə keçirə biləcəkləri vaxtı təyyarə reysini gözləyərkən hava limanında sərf etməli olduqlarını göstərmək üçün xüsusilə belə bir metoda əl atdıqlarını da əlavə edib.

Onu da qeyd edək ki, reklam filmində rol oynaya cütlüyə müəyyən bir ssenari verilməyib. Ümumi olaraq nə edəcəkləri söylənildikdən sonra sujetlər cütlüyün improvizasiyası əsasında çəkilib.

Həmçinin oxu: Tanınmış markaların ilk reklam filmləri

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et