Son iş yerindən niyə çıxmısınız? | Banco.az

Son iş yerindən niyə çıxmısınız?

İş görüşünüz çox yaxşı gedir. Ürəyinizdə "bu iş alındı" deyə düşünməyə başladığınız anda, heç verilməsini istəmədiyiniz o sual verilir: "Əvvəlki iş yerinizdən niyə çıxdınız?" Birdən ağılınıza hər şeyi danışmaq gəlir. Amma belə etməyin.

Rəhbərinizlə münaqişə, haqqını ala bilməmək, əmək haqqı azlığı və inkişaf/yüksəlmə imkanının olmaması işdən ayrılma qərarlarında ən çox təsirli olan səbəblərdir. Ən pisi də idarəçi ucbatından xoşagəlməz bir şəkildə işdən  ayrılmaqdır. Bu da sonrakı iş görüşmələrində ayağınıza dolaşa biləcək, həssas bir mövzudur. 

Yalan danışmayın

Bəzi namizədlər işi itirməmək üçün yalan danışmağa üstünlük verirlər. Bu etik olmadığı qədər, həm də riskli bir hərəkətdir. Dedikləriniz qarşınızdakı mütəxəssisi tərəddüdə sala bilər; onu inandırsanız belə sirriniz təhlükəsizlik nəzarəti mərhələsində ortaya çıxa bilər. Nəticədə firmanın qara siyahısına daxil olarsınız. Düzlük ən böyük biclikdir. Bunu unutmayın.

Sözləri seçərək danışın

Son iş yerindən mehribancasına deyil, dava ilə ayrılmış olmaq ya da çıxarılmaq heç yaxşı bir vəziyyət olmasa da, sizin bunu necə açıqlamağınız, hadisənin özündən daha çox diqqət çəkir. İşdən çıxma səbələrini sıralayarkən qarşı tərəfi incidici, qarşı tərəfə zərərverici bir dil istifadə etməmək, dəqiq bir şəkildə danışmaq vacibdir.

Ən sərfəli kredit üçün müraciət et

Müsbət enerjiyə sahib olun

Hər nə yaşanıbsa yaşanıb. Müsahibə zamanı öz pozitivliyinizi itirməyin. Unutmayın hər kəs işçi komandasının optimist olmasını istəyər. Yaşadığınız xoşagəlməz hadisələri yox, uğurlu gələcək üçün lazım olan planlarınızdan danışın.

Son iş yerindən çıxma səbəbini izah edərkən aşağıdakılara fikir verin:

- Köhnə iş yeriylə əlaqədar xüsusi məlumatlar paylaşmamalı (maliyyə vəziyyəti kimi)

- Çox emosional olmamalı

- Xoşagəlməz ifadələr istifadə etməməli

- Obyektiv olmalı

- Köhnə iş yerini pisləyən sözlərdən qaçınmalı

- Çox təfərrüata girməməli

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et