Neft Fondunun gəlirləri 300 milyon manat azalıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Neft Fondunun gəlirləri 300 milyon manat azalıb

Bu ilin ilk yarısında Dövlət Neft Fondunun (ARDNF) ümumi gəlirləri 8 milyard 531, 3 milyon manat təşkil edib.

Banco.az  Fonda istinadən xəbər verir ki, gəlirlər 2025-ci ilin birinci yarısı ilə müqayisədə 301,7 milyon manat və ya 3,4% azalıb. 

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin gəlirləri 8 milyard 833 milyon manat olmuşdu.

O cümlədən sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 4 milyard 953,4 milyon manat (789,8 milyon manat və ya 13,8% az), vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 milyard 577,9 milyon manat (488,1 milyon manat və ya 15,8% çox) təşkil edib.