Son dövrlər xarici ölkə qeydiyyatında olan avtomobillərin ölkə ərazisində istifadə halları artıb | Banco.az

Son dövrlər xarici ölkə qeydiyyatında olan avtomobillərin ölkə ərazisində istifadə halları artıb

Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov mətbuata açıqlamasında respublikaya müvəqqəti gətirilən avtomobillərin ölkə ərazisində qalma müddəti ilə bağlı maraqlı fikirlər səsləndirib: "Son dövrlərdə şəxslər tərəfindən xarici ölkə qeydiyyatında olan nəqliyyat vasitələrinin ölkə ərazisində daimi qeydiyyata alınmadan müvəqqəti istifadə edilməsi halları nəzərəçarpacaq dərəcədə artıb. Eyni zamanda, ölkə ərazisinə müvəqqəti gətirilmə zamanı "Avro-4" ekoloji standartları tələb olunmur və bu zaman ekoloji cəhətdən mənfi təsirləri daha çox olan, eləcə də təhlükəsizlik baxımından texniki şərtləri ödəməyən minik avtomobillərinin ölkə ərazisində uzun müddət qalmaqla istifadəsinə şərait yaranmış olur. Bu baxımdan, nəqliyyat vasitələrinin ölkədə müvəqqəti qalma müddəti və istifadəsinə riayət olunması daim nəzarətdədir. Digər tərəfdən, ölkədən müvəqqəti çıxarılan avtomobilin qanunvericilik aktlarında qeyd olunan müddətdən artıq qalaraq və sonradan ölkəyə qaytarılan zaman müddətin keçməsi ilə əlaqədar böyük məbləğdə cərimələrin tətbiqi məsələsinin aradan qaldırılması məqsədilə qanunvericilik aktlarında dəyişikliklərin edilməsi üzrə təkliflər Dövlət Gömrük Komitəsi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib".

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et