Ötən bir il bank sektoru üçün çoxsaylı dəyişikliklərlə yadda qaldı. Ilk növbədə, idarə heyətləri sədrləri tamamilə yeniləndi və yə müavinləri ilə əvəz olundu.
Ilk belə dəyişiklik ötən ilin iyul ayında Bank VTB-də baş verdi. Bankın Müşahidə Şurasının qərarı ilə Yuri Yakovlev İdarə Heyətinin sədri vəzifəsinə təyin olundu. Y.Yakovlev VTB Qrupunda 2006-cı ildən işləyir, 2011-ci ildən Nyu Dehli şəhərində VTB Bankın filialına başçılıq edib. O, 2003-cü ildən və 2006-cı ildə VTB-yə keçənədək İnvestisiya Kommersiya Bankı "Russkiy İnvestisionniy Alyans" MMC-də Xarici ticarət əməliyyatları və müxbir münasibətlər idarəsinin rəisi və sonradan İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.
24 oktyabr 2014-cü il tarixində Rabitəbank ASC-nin Səhmdarlarının Ümumi Yığıncağında, Bankın İdarə Heyətinin Sədri vəzifəsinə ElçinQədimov təyin olunub. Elçin Qədimov 2006-cı ildən Rabitəbank ASC-də İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışıb. Bundan əvvəl digər kommersiya bankında İdarə Heyətinin Sədr müavini, Azərbaycan Beynəlxalq Bankı və Əmanət Bankında müxtəlif vəzifələrdə çalışıb.
Ötən ilin sonunda “Azər-Türk Bank” ASC-nın İdarə Heyətinın sədri Mehmet Sami Acar Özmen bank rəhbəri kimi öz fəaliyyətini dayandırıb. Qeyd edək ki, yeni təyinatın səbəbi “Azər-Türk Bank”-ın səhmdarlarının dəyişməsi ilə bağlı olub. Bankın yeni sədri isə Elmar Məmmədov oldu. O, 1995-2004-cü illərdə Beynəlxalq Bankın Əməliyyat idarəsinin rəisi, Səbail filialının rəhbəri işləyib. Daha sonra fəaliyyətini “Kapital Bank”da davam etdirən E.Məmmədov 2005-ci ildən bankın sədr müavini, 2009-cu ildən isə sədri işləyib.
Bu ilin mart ayında ABB-nin sədri Cahangir Hacıyev səhhəti ilə əlaqədar olaraq istefa verib. Mətbuatın məlumatına görə aprel ayının 2-də keçirilən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının iclasında bankın yeni İdarə Heyətinin Sədri vəzifəsinə Fərid Axundovun təyin edilməli idi. Lakin Fərid Axundov Paşa Bankda İdarə Heyətinin sədri vəzifəsi üzrə fəaliyyətini hələ də davam etdirməkdədir. Qeyd edək ki, bu Fərid Axundovun ilk bank rəhbəri vəzifəsi deyil. O bundan əvvəl 10.2003-06.2005-ci illərdə "Bank Standard" -ın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Həmçinin, eyni gündə, “Unibank”ın icraçı direktoru Cəlal Qasımov “PAŞA Bank”ın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə bağlı KİV-lərdə xəbər yayıldı. Lakin bu xəbər də öz təsdiqini tapmadı. Cəlal Qasımov “Unibank”dan öncə “Halliburton İnternational” ASC, “EUPEC Pipe Coatinqs Azerbaijan”, “Azpetrol”, “McKinsey & Company”, “Norm” , “Bank of Baku”, “Azertelekom” və “Azerfon” şirkətlərində işləyib.
Həmin gün bank sektorundakı rəhbər vəzifələrə təyinatların davamı olaraq Unibankda boş qalan icraçı direktor vəzifəsinə icraçı direktorun birinci müavini vəzifəsini tutan Xalid Əhədov təyin olunub. Professional fəaliyyətə 1999-cu ilin mart ayında «Bank of Baku» ASC-də başlamışdır. Bu müddət ərzində SWIFT üzrə mütəxəssisdən hazırki dövrdə İdarə Heyəti Sədrinin Müavini vəzifəsinə qədər yüksəlmişdir.19 Fevral 2005 il tarixində İdarə Heyəti Sədrinin Müavini, Pərakəndə Bank Biznesi Sahəsinin Rəhbəri vəzifəsinə təyin olunmuşdur. 1 oktyabr 2010 il tarixindən İdarə Heyəti Sədrinin Müşaviri vəzifəsinə təyin olunmuşdur.
Mərkəzi Banka da sədr təyin olunub. Azərbaycan prezidenti İlham Əliyev E.S.Rüstəmovun yenidən Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Qeyd edək ki, o bu vəzifəni 1995-ci ilin yanvar ayından bəri tutur. Müvafiq olaraq, 2000, 2005 və 2015-ci illərin aprel aylarında 5 illik müddətə prezidentin sərəncamı ilə eyni vəzifəyə təyin edilib. 1991-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləmişdir. 1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
Bank sektorunda ən son rəhbər dəyişikliyi isə bu ilin aprel ayında baş verib. Aprel ayının 28-də keçirilən Bank of Baku ASC-nin Müşahidə Şurasının iclasında bankın yeni İdarə Heyətinin Sədri vəzifəsinə Abbas İbrahimovun təyin edilməsi qərarı verilib. Abbas İbrahimov may ayının 1-dən etibarən yeni səlahiyyətlərinin icrasına başlayıb. O, bu vəzifədə keçmiş sədr Fərid Hüseynovu əvəzləyib. Bankdakı iş fəaliyyətinə 2005-ci ildə başlayan Abbas İbrahimov bir müddət sonra şöbə müdiri, daha sonra isə departament direktoru vəzifəsinə qədər yüksəlmişdir. 2010-cu ildə isə Bank of Baku-nun İdarə heyəti sədrinin müavini, pərakəndə sahə üzrə idarə heyətinin üzvü vəzifəsinə təyin edilib.
Həmçinin, Ölkənin aparıcı banklarından olan Kapital Bank ASC-nin İdarə Heyətinin üzvləri sırasına daha bir təcrübəli kadr qatılıb. Unibankda İdarə heyətinin sədri vəzifəsində çalışmış Fərid Hüseynov may ayının 1-dən etibarən Kapital Bankda İdarə Heyəti Sədrinin müavini, Baş əməliyyat inzibatçısı vəzifəsində çalışacaq. Fərid Hüseynov iqtisad elmləri doktorudur. Bank sektorunda 14 illik zəngin təcrübəyə malikdir.