Son 1 həftədə e-arayış sisteminə daha 3 bank qoşulub | Banco.az

Son 1 həftədə e-arayış sisteminə daha 3 bank qoşulub

"Elektron hökumət" portalı üzərindən təqdim olunan ən aktual xidmətlərdən e-arayışların istifadəçi çərçivəsi hər ötən gün genişlənməkdədir. Həmçinin, portal ilə əməkdaşlıq edən qurumların sayı da çoxalıb. Cari ildən isə e-arayışların növləri sayca artıb və sosial həyatın demək olar ki, bir çox sahələrini əhatə etməyə başlayıb. E-arayışlar istifadəçilərə,

 

  • Sutkanın 24 saatı, günün istənilən vaxtı;
  • Vaxt itkisinin aradan qaldırılması və rahatlığın təmin edilməsi;
  • Bürokratik proseslərin və korrupsiya hallarının aradan qaldırılması kimi üstünlükləri verir.

Gündəlik həyatda ən çox istifadə olunan sənədlərdən olan arayışların elektron şəkildə vətəndaşlara təqdimi yuxarıda qeyd olunan sosial qayğıları aradan qaldırır,  vətəndaşlar üçün daha əlverişli və çevik xidmət təqdim edir.Qeyd edək ki, son 1 həftəyə kimi 12 bankımız Elektron Hökumət Portalı ilə əməkdaşlıq edirdi. Daha 3 bank ötən aydan "Elektron Hökumət" portalının operatoru RYTN-nin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığa başlamış, e-arayışın tətbiqi üçün xüsusi test mühiti yaradılmışdır. Artıq bir neçə gündür ki, e-arayışlar üzrə proseslər yekunlaşmış, xidmətin real mühitdə tətbiqinə start verilmişdir. 

Ən sərfəli kredit üçün müraciət et

Elektron arayışla bağlı ətraflı məlumatı, həmçinin bu arayışı tətbiq edən digər bankların siyahısını aşağıdakı link vasitəsilə əldə edə bilərsiniz.

Hansı banklar krediti elektron arayış əsasında verir?