Smart Müqavilə(Smart Contract) blokçeyn texnologiyası əsaslı kommersiya müqavilələrinin bağlanması üçün nəzərdə tutulan kompüter alqoritmidir. Smart müqavilə ideyasını ilk dəfə 1996-cı ildə Nik Sabo(Nick Szabo) təklif etmişdir. Artıq rəqəmsal inqlab dövründə əmək münasibətlərinin formalarıda dünyada radikal şəkildə dəyişməyə başlamışdır.
Mövcud kriptovalyuta şəbəkələrində olduğu kimi iş prinsipi belədir ki, vəsaitin göndərilməsinin analoji imzalanma üsulundan istifadə edərək tərəflər ağıllı müqaviləni imzalayırlar.Tərəflər imzaladıqdan sonra müqavilə qüvvəyə minir. Müqavilə öhdəliyinin avtomatlaşdırılmış icrasını təmin etmək üçün müqavilənin mövcudluğu üçün mühüt yaranması tələb olunur. Belə ki, onun mövcud olması üçün müqavilənin maddələrinin yerinə yetirilməsini o tamamilə avtomatlaşdırmağa imkan verir. Bu isə o deməkdir ki, smart, ağıllı müqavilə yalnız mühütün daxilində ola bilər. Bu isə icra edilən kodun(alqoritmin) smart müqavilə obyektinə maneəsiz girişi əldə etdiyi zaman mümkün olacaqdır.
İmzalanan müqavilənin mütləq şəkildə bütün şərtlərinin riyazi təsviri və icrasının aydın məntiqi olmalıdır. Bununla əlaqədar olaraq ilk smart müqavilələr ən sadə qarşılıqlı münasibətlərin fomalaşması tapşırığı kimi olmalıdır. Məsələn smart müqavilə uzun müddətli kredit şərtlərinin yerinə yetirilməsini izləyə, təqib edə bilər.
Ağıllı müqavilə müqavilə obyektinə maneəsiz giriş(access) əldə edərək göstərilən şərtlər üzrə nailiyyətləri və ya maddənin pozulmasını izləyir və proqramlaşdırılmış şərtlərə əsaslanaraq müstəqil qərar qəbul edir.
Beləliklə smart, ağıllı müqavilənin əsas prinsipi tam avtomatlaşdırmış və insanlar arasında müqavilə icrasının etimadından ibarət olur.
Smart müqavilə əvvəlcədən verilmiş qaydalara uyğun blokçeyndə data məlumatlarını yeniləyə bilər. Məsələn rəqəmsal aktivləri bir iştirakçıdan digərinə keçirə bilər. Hələ ki, blokçeyn texnologiyası özünün yüksəliş dövrünü yaşadığından, HTML-in kəşfindən sonra bütün internet radikal şəkildə necə dəyişdisə smart müqavilə də əsl rəqəmsal inqlab yaradacaqdır. Bu isə sonda bütün dünya iqtisadiyyatının axarını dəyişəcəkdir.
Ümumiyyətlə smart müqavilələr kriptoqrafiyaya əsaslanıb bizim ənənəvi adət etdiyimiz müqavilədən fərqli olaraq daha yaxşı təhlükəsizliyi təmin etməyə qadirdir.
Britaniyanın Economist jurnalının fikrinə görə smart müqavilələr blokçeyn texnologiyasının ən mühüm əlavəsi(application) olmaq perspektivinə malikdir.
Blokçeynin uğurlu keyslərinin saymaqla bitməz. Bunların içərisində 2016-cı ilin oktyabrında Uolt Stritin nəhəng banklarının səhmlərinin mübadiləsi zamanı posttreydinq əməliyyatları üçün istifadəsi məqsədilə blokçeyn texnologiyasının sınaq testlərini uğurla başa vurmasını misal gətirmək olar. Bu uğurlu keyslərin sayını saymaqla biməz.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycandada əmək münasibətlərinin tənzimlənməsi üçün innovativ sayılan smart müqaviləsinin hüquqi təməli qoyulması istiqamətində işlər aparılmalıdır. Normativ hüquqi aktların hazırlanmasına start verilməlidir ki, Respublikamızda blokçeyn əsaslı smart müqavilədən ölkə vətəndaşları yararlana, faydalana bilsinər. Odur ki, zaman itirmədən müvafiq qurumlar bu istiqamətə ən azından pilot rejimində smart müqavilənin verdiyi üstünlükləri vətəndaşlarımıza aşılaya bilsinlər. Artıq rəqəmsal zaman öz işini diktə edir.
digitalazerbaijan.az