Şirkətlərin verdiyi investisiya qərarları necə formalaşır - praktiki izahatla | Banco.az

Şirkətlərin verdiyi investisiya qərarları necə formalaşır - praktiki izahatla

Şirkət gəlir əldə etmək qabiliyyətini saxlamaq və inkişaf etdirmək üçün investisiyalar yatırır. İqtisadi ədəbiyyatda belə investisiyalar kapital investisiyaları adlanır. Kapital investisiyalarını aşağıdakıları aid etmək olar:

- Yeni avadanlıqlar;

- Avtomatlaşdırılmış istehsalat texnologiyası;

- Torpaq sahəsi və binalar;

- Biznes müəssisələri;

İnvestisiyalar qəbul və ya imtina edilməzdən əvvəl onların maliyyə davamlılığı dəyərləndirilməlidir. Nəzərə alınmalı olan faktorlara, hər bir layihə ilə bağlı müvafiq nəğd pul mədaxil və məxarici, layihələr üzrə risklər və gəlirlər,  eləcə də şirkətin kapiral məsrəfi daxildir. Bəzən bir neçə investisiya təklifi maliyyə baxımından əlverişli ola bilər. Belə olan halda maliyyə menecmenti kapital büdcəsini, yəni kapital investisiyaları üzrə xərclənəcək  olan pul vəsaitlərinin miqdarını nəzərə almalıdır. Lazımi pul vəsaiti olduqda maliyyə baxımından əlverişli olan layihələrdən faydalanmaq olar. Lakin, adətən, belə olmur.

Layihə

İnvestisiya 

Xalis gəlir 

A

100.000

50.000

B

250.000

82.000

C

60.000

20.000

D

400.000

100.000

Ən sərfəli kredit üçün müraciət et

Maliyyə vəsaiti 400.000 manatla məhdudlşadırıldığından 4 layihənin hər birinə investisiya yatırmaq mümkün deyil. Belə ki, investisiyaları toplasaq ümumi investisiyaların miqdarını müəyyən edəri yəni,   cəmi investisiyaların ümumi həcmi 810.000  manat səviyyəsindədir.  Nümunədən görünür ki, ilin bütün dövrlərində  ən yüksək gəlir əldə edən layihə D layihəsidir. Beləliklə bu layihəni I dərəcəli hesab edə bilərik . Bu layihə 400.000 manat səviyyəsində olduğundan şirkət əlavə gəlir əldə edənə qədər hər hansı bir başqa investisiya öhdəliyi götürməyəcək. Bəs bu yeganə seçim hesab oluna bil

Əgər şirkət öz nəğd pul gəlirini artırmaq və riskləri azaltmaq istəyirsə, bu zaman ən optimal investisiya siyasəti  A və B layihələrinə yatırım etmək olacaqdır. Ümumi investisiya 350.000 manat, xalis gəlir isə 132.000 manat olacaqdır.

İnvestisiya yatırmaqla bağlı qərar verdikdə  maliyyə meneceri həmin investisiyanın necə maliyyələşdiriləcəyini də nəzərə alacaqdır. Şirkətlərin əsasən, iki maliyyə mənbəyi olur.

Kapital  maliyyələşdirilməsi – adi səhmlərdən ibarətdir. Şirkətlər yeni səhmlər buraxa və ya ehtiyyatlardan istifadə edə bilərlər.

Borc maliyyələşdirilməsi – sabit faizli maliyyə alətlərindən, məsələn: borc qiymətli kağızlarından, yəni veksellərdən, kreditlərdən ibarətdir.

Bəs şirkət maliyyələşəndə səhmdarın əldə etdiyi gəlir necə olur?

Divident səhmdarların əldə etdiyi gəlirlərə  deyilir. Səhmdarlar müvafiq biznes sahəsinə investisiya yatırdıqda həmin investisiyanın uğurlu və ya uğursuz olma riskini də nəzərə alırlar. Həmin risk  səviyyəsinə uyğun da gəlir əldə edirlər. Bu gəlirlər iki formada ola bilir.

Divident gəlirləri – qiymətli kağızların satışından əldə edilən gəlirlərə deyilir.

Kapital gəlirləri – müxtəlif investisiyalardan qazanılmış gəlirlərdir.

Səhmdarlar əməliyyat fəaliyyəti nəticəsində əldə etdiyi gəlirləri ya yenidən biznesə yatırırlar ya da ki, divident şəklində digər səhmdarlar arasında bölüşdürürlər. Dividentlərin xalis gəlirlə qarşılıqlı nisbəti dividentin ödəmə nisbəti adlanır.

Mənbə: Peşəkar mühasibatlıq kvalifikasiyası