Şirkətlərdə sosial iş yerlərinin sayına dair hədd artırılır | Banco.az

Şirkətlərdə sosial iş yerlərinin sayına dair hədd artırılır

İşəgötürənlər üzrə sosial iş yerlərinin sayı ilə bağlı müəyyənləşdirilmiş hədd artırılır.

Bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik təklif edilir.

Qüvvədə olan qanuna əsasən, hər bir işəgötürən üzrə sosial iş yerlərinin ümumi sayının 5 faizindən çox olmamalıdır. Layihəyə əsasən, hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər bir işəgötürən üzrə 10 sosial iş yerindən çox olmamalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda sosial iş yerləri üzrə əmək haqqının məbləği işəgötürənin digər iş yerləri üzrə əmək haqqının məbləğinin 10 faizindən fərqlənə bilməz. Təklifə əsasən, sosial iş yerləri üzrə əmək haqqının məbləği işəgötürənin eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki əməkhaqqının məbləğinin 10 faizindən çox fərqlənə bilməz.

Qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et