Şirkətdə cəzalandırma və mükafatlandırma necə aparılmalıdır? – Şahin Qədimli məsləhət verdi | Banco.az

Şirkətdə cəzalandırma və mükafatlandırma necə aparılmalıdır? – Şahin Qədimli məsləhət verdi

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Hər bir təşkilatda səmərəli idarəetmə üçün kadrların işini arzuolunan istiqamətə yönəltmək həm işin nəticəsinə müsbət təsir edir, həm də  səmərəni qaldırmaq üçün ən vacib mexanizmlərin stimulunu artırır.

Banco.az xəbər verir ki, idarəetmə üzrə konsultant və təlimçi, “Falcon Consulting Group”un direktoru Şahin Qədimli bu barədə fikirlərini bölüşüb.

Ekspertin analizinə görə, düzgün idarəetmədə nə cəzalandırma sırf cəzalandırmaq naminə icra olunur, nə də mükafatlandırma məhz mükafatlandırmaq üçün həyata keçirilir.

Şahin Qədimli sadalanan üsulların uğurlu tətbiq mexanizmləri varədə danışaraq bildirib ki, hər alətin tətbiqi qaydaları var:

“Birinci halda ali hədəf yanlış davranışın təkrarlanmasını istisna etmək, ikincidə mükafatlandırmaya səbəb olan davranışın təkrarlanmasını stimullaşdırmaqdır. Hər iki alətin tək maddi forması nəzərdə tutulmur, həm də mənəvisi var.

Mükafatlandırma ilə bağlı ən vacibi ondan ibarətdir ki, vəzifə öhdəliyinin ağlabatan dərəcədə yerinə yetirilməsinə görə mükafat vermək olmaz, əməkdaş buna görə əməkhaqqı alır. Səhv və pozuntunu da qarışdırmaq yolverilməzdir. Yalnız pozuntuya görə cəzalandırmaq olar. Hesab olunur ki, ilk pozuntuya görə cəzalandırılmamaq olar, çünki təsadüf nəticəsində baş verə bilərdi. Həm də pozuntuya yol verən əksər əməkdaşlar üçün onların xətaları barədə rəhbərlərinin məlumatlı olduğunu bilmələri həmin halı təkrarlamamaları üçün kifayət edir”.

Ən sərfəli kredit üçün müraciət et

Şahin Qədimli hesab edir ki, bəzi əməkdaşları iş daxilində cəzalandıran zaman elə üsul seçilməlidir ki, bu onun motivasiyasını məhv etməsin:

“Bir tip əməkdaş da var ki, pozuntu və ya səhv buraxdığını dərk edəndə özünü daxilən elə cəzalandırır ki, bu, onun üçün rəhbərin tətbiq etdiyi ən sərt cəzadan da ağır olur. Həmin şəxslərin rəhbər tərəfindən cəzalandırılması heç də cəzalandırmanın ali məqsədinə — yanlış davranışın təkrarlanmasının istisna edilməsinə xidmət etmir, onların motivasiyasını məhv edir. Bu tip insanlara, əsasən, mənəvi-əxlaqi motivasiya xasdır, yəni adamlar ilk növbədə hər hansı nemətlər qazanmaq və ya cəzadan yayınmaq motivasiya etmir. Onlar üçün vəzifə borcunu layiqli şəkildə icra etmək hər şeydən üstündür. Təəssüf ki, bu tip motivasiyaya malik olan şəxslərin sayı azlıq təşkil edir. Onlar üçün yaşanmış hadisə ilə bağlı hətta izahat vermək də cəzalandırmaya bərabəridir. Odur ki əməkdaşları motivasiya edən şeyləri çox ciddi analiz etmək və mükafat və cəzalandırma tətbiq edərkən bunları nəzərə almaq idarəetmənin effektivliyini artırmış olur”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et