ŞİMALİ VƏ CƏNUBİ KOREYA İQTİSADİ QARŞILAŞDIRILMASI | Banco.az

ŞİMALİ VƏ CƏNUBİ KOREYA İQTİSADİ QARŞILAŞDIRILMASI

Şimali və Cənubi Koreya İqtisadiyyatlarını qarşılaşdırıldığı bu yazıda eyni tarixdə , eyni nöqtədən yola çıxan, eyni xalqdan formalaşan ikiyə bölünmüş bi ölkədə şimal ilə cənubun necə fərqli yerlərə gəldikləri göstərilmişdir. Qarşılaşdırma dünyaya açıq bir kapitalist modeli daşıyan C.Koreyanın, dünyaya qapalı bir sosyalist iqtisadi model ilə çıxış edən Şm.Koreya ilə aralarında ciddi rəqəm fərqini ortaya qoyur.

Cənubi Koreya.

  • ÜDM (trilyon $) – 1.41
  • ÜDM böyümə faizi (%) – 2.8
  • Əhali (milyon) – 51.18
  • Əhali artım (%) – 0.48
  • Adam başına ÜDM ($) - 27.560
  • İnflyasiya (%) – 1
  • İşsizlik (%) – 3.7
  • İxracat (fob-milyard $) – 495.4
  • İdxal (fob-milyard $) – 406.1

ISTINAD: World Economic Outlook Database 2016              not:  (e) Təxmini məlumatlar

 

  • Başlıca Ticarət Ortaqları: Çin, ABŞ,   Yaponiya, Hong Kong,  Səudiyyə Ərəbistan
  • Əsas İxrac Sahələri : Elektronik məhsullar, vasitələr, maşınlar, çihazlar, mineral yanacaq
  • Əsas İdxal Sahələri : Mineral yanacaq, elektrikli və elektronik məhsullar, dəmir-polad

ISTINAD: Economist İntelligence Unit,  Dünya Bankı

Dünyanın 13. iqtisadi gücü olan C.Koreya son otuz ildə fantastik böyümə ilə seçilmişdir. Lakin beynəlxalq ticarət və qlobal konsepsiyada önəmli bir yer tutması səbəbi ilə, xarici şoklardan güçlü təsirlənməkdədir. 2015-də iqtisadi böyümə durğunlaşmışdır. MERS yoluxması səbəbi ilə istehlak səviyyəsi aşağı düşmüştür (2.6%). 2016-cı ildə böyümə eyni səviyyədə seyrəlmişdir (2.7%). 2017-ci ildə, özəl sektorun yenidən artım sərgiləməsi, əmlak bazarıda canlanma və müxtəliv təşviqlər sayəsində iqtisadiyyatda yüksəliş gözlənilir. (İMF-ə görə 3%)

     Şimali Koreya (KXDR)

Bu günlərdə dünyanın dilində olan kim jong-un şimali koreyada davam etdirdiyi diktatura rejimi ilə dünyanı narahat edən Jong-un rəhbərliyi ilə həyata keçirilən nüvə testləri ziddiyyətli münasibətlərə gətirib çıxardı. Hidrogen bombasının Testləri nəticəsində yapon dənizində 6.5 ballıq zəlzələ qeydə alınmışdır.

İMF-ə görə Şm.Koreya 221 dünya ölkəsi arasında dünyanın ən zəngin 119-cu ölkəsidir. Adambaşına düşən milli gəlir 1.300 dollaın altındadır. Ölkənin ÜMM isə 29 mlrd dollar təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

İMF-ə Amerikanın ekonomik embargosu altında ölkə iqtisadiyyatı çətin günlər keçirir. 12015-ci ildə  3 mldr dollarlıq ixracata nəzərən 3.4 mlrd dollar idxal həyata keçirib. 400 mln dollar xarici ticarət kəsri ilə Şm.Koreyanın ən çox mal saatdığı ölkə Çin oldu(2.5 mlrd dollar). Çin, Şm.Koreyanın ən böyük müştərisi olaran özündən sonra 99mln dollar ilə Hindistanı gətirir.

(1000 ABŞ dolları)                 İSTİNAD: Türkiye Ekonomi Bakanlığı

Cənubi Və Şimali Koreya Qarşılaşdırılması.

Şm. Və C. Koreyanın bölünməsi (qısa tarix)

Yaponiya – Rusiya 1905 Koreya Yapon müstəmləkəsi altında.

2. Dünya Müharibəsinin sonu  BMT güvənlik planına görə 38. paralelin şimalını Rusiya(SSRİ), cənubunu ABŞ muhasirəyə alaraq Yaponiyadan aldı. Illərlədavam edən bu muhasirələr hücumlara, işğallara çevrildi. 1948-ci bölgədə ildə iki ayrı hökumət qurulur və Koreya rəsmi şəkildə 2 yerə bölünür. Şimalda yerləşən hissəsi sovet stili sosialist model ilə KXDR(Şm.Koreya), cənub hissə qərb yönümlü kapitalist modellə Koreya Cümhuriyyəti (C.Koreya) adlandılar.

Nəticə.

Beləliklə bu günkü vəziyyətə səbəb, tarixini gözdən keçirərkən, gördüyümüz kimi xarici qüvvələrin təsirinin nəticəsi olaraq iqtisadi modellərinin özlərinin iradələri xaricində dəyişdirililib, düzənlənməsi qədər də özlərinin idarətmə sistemidir. Yəni ölkədəki insan resursunun, elmi tərəqqinin, rifahın yaxşı/pis mənada inkişafına ölkə lidərlərinin, idarəetmə sistemlərinin səbəb olduğu deməliyik. Fundamental sturukturun təşkili, iqtisadi boşluqların səmərəli doldurulması eyni zamanda müdafiə təfbirlərinin təşkil olunması ölkənin pz əlindədir. Bildiyimiz kimi bu günlərdə Şimali Koreya nüvə sınaqlarını bu siyasətin heç də dövlətin ümumi rifahı dəstəkləməyəcəyi qənaəti ilə dayandırmışdır.

1953 Koreya müharibələrindən bəri ikiyə bölünən sərhəd xəttini keçib C.Koreyaya ayaq basan Şm.Koreya lideri oldu. Şm.Koreya lideri K.Jong ilə C.Koreya lideri Moon Jae bir araya gələrək orta mənafeyləri üçün kontraklara imza atdılar. Ortak deklarasiyaya görə həmin andan etibarən “Koreya yarımadası”-da müharibə olmayacaq. Və adadan bütün nüvə  silahlarından təmizlənmə layihələrinə ölkələr start verdi.

Görünən odur ki, ölkələr artıq inkişafa yönəlik tədbirlər almaqla, tərəqqi etməyin ortaqlıqda olduğunun fərqinə varmış, və qarşılıqlı razılaşmalar əsasında iqtisadi göstəricilərinin yaxşı mənada dəyişdirilməsinə, daha da yaxşılardırılmasını hədəfləmişdirlər.

 

FUAD VAHABZADƏ, banco.az