Silikon Vadisinin virtual versiyası yaradıldı | Banco.az

Silikon Vadisinin virtual versiyası yaradıldı

Nigar Umaxanlı, Banco.az

“Work Life Ventures” şirkətinin təsisçisi Brianna Kimmel “Stay at Home Valley” layihəsinə — Silikon Vadisinin “Figma”da yaradılmış prototipinə başlayıb. 

Banco.az xəbər verir ki, “Fast Company"nin məlumatına görə, insanlar ərazinin maketini tamamlaya və orada öz ismarıclarını qeyd edə bilərlər.

Həmçinin oxu: Silikon Vadisi milyarderləri bunkerlərinə çəkildi

Kimmel Twitter hesabında yazır.

“Silikon Vadisində keçən anlar üçün darıxırıq. Buna görə də “Figma”da yeni bir dünya formalaşdırdıq. Ofisinizi əlavə edin, xəbərlər paylaşın və yeni dostlar qazanın!”.

Xəritədə artıq “Uber”, “Lyft”, “Cisco”, “Symantec” və “Twitter” də daxil olmaqla bir çox şirkətin ofisləri əks olunub. Bulud alətləri maraqlanan bütün istifadəçilərə xəritəyə düzəliş etməyə və ona yeni obyektlər əlavə etməyə imkan verir. Layihənin iştirakçıları həmçinin çatda bir-biri ilə ünsiyyət qura bilərlər.

Silikon Vadisinin prototipi interaktiv deyil — “Figma” belə bir fürsət təmin etmir. Ancaq istifadəçilər virtual binaların yanında qeydlər edə bilərlər. Məsələn, “Twitter” və “Square” ofisləri arasında gizli Cek Dorsi tunelinin olduğunu və milyarderin öz şirkətləri arasında hərəkət etmək üçün bu yoldan istifadə etdiyi iddia edilir.

Xəritədə binalarla yanaşı başqa maraqlı şeylər də əks olunur. Məsələn, onun üzərində “Spotify” icraçı direktorunun “unicorn” startaplarla əhatə olunmuş fotoşəklini görə bilərsiniz. Bu, Daniel Ekin şirkətinin bu yaxınlarda maliyyələşdirmənin 600 milyon dollar olan yeni mərhələsini elan etməsi ilə əlaqədardır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: "Onlayn rejimə keçməyə tələsməyən şirkətlər, bir gecədə bunu etdilər"

Həmçinin oxu: Böhran startaplara necə təsir göstərəcək – ARAŞDIRMA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et