Sığortaçı Akademiyası layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsinin qaliblərinə ilk təlim keçirildi | Banco.az

Sığortaçı Akademiyası layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsinin qaliblərinə ilk təlim keçirildi

29 fevral-1 mart tarixlərində PAŞA Sığorta şirkətinin əməkdaşları “Sığortaçı Akademiyası” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsinin qaliblərinə ilk təlim keçirdilər.

Bu müsabiqədə 20 qalibin seçilməsi və qaliblərə "Sığorta işinin əsasları və korporativ idatəetmə" mövzusunda təlimlərin keçirilməsi planlanırdı. Bu dəfə ki təlimdə 11 qalib iştirak etdi, digər qaliblər isə 17-18 mart tarixlərində keçiriləcək təlimlərdə iştirak edəcəklər.

Təlimlər Risklərin İdarə olunması, Sığorta işinin əsasları, Sığorta iddialarının tənzimlənməsi, Marketinq, İnsan Resursları və Mühasibat mövzularını əhatə edib və PAŞA Sığorta şirkətinin əməkdaşları tərəfindən şirkətin baş ofisində keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Təlim sonunda bütün iştirakçılar sertifikatla təltif olundu və 3 ən fəal iştirakçıya xüsusi hədiyyələr verildi.

Layihənin əsas məqsədi gənclərimizin sığorta biliklərini artırmaqdır, və şirkətdən aldığımız məlumata görə bu istiqamətdə davamlı işlərin görülməsi planlanır.

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et