Sığorta müqavilələrin sayı artmaqda davam edir | Banco.az

Sığorta müqavilələrin sayı artmaqda davam edir

Yanvar ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 7,4 mindən çox sığorta müqaviləsi bağlanmışdır.

2015-ci ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə 6,760, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 657, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 24 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 4,114,323 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 45,480 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9,822 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 3% və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında isə təxminən 2 dəfə artım müşahidə edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 56%-i yaşayış evləri və mənzillər, 1%-i inzibati binalar, 43%-i digər daşınmaz əmlakla bağlı olmuşdur. İcbari qaydada sığortalanmış daşınmaz əmlakların şəhər və rayonlar üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:

2-1