Səudiyyə Ərəbistanında şəkərli içkilərə istehlak vergisi tətbiq ediləcək | Banco.az

Səudiyyə Ərəbistanında şəkərli içkilərə istehlak vergisi tətbiq ediləcək

Ölkənin Gəlir və Zəkat İdarəsinin İdarə Heyəti 2019-cu il dekabrın 1-dən tərkibində şəkər olan içkilər üçün istehlak vergisi tətbiq etməyi qərara alıb. Qeyd edək ki, 2014-cü ildən bəri xam neft sazişləri üzrə işlərdə yaranmış geriləmələrlə bağlı Səudiyyə Ərəbistanının gəlirləri azalmaqdadır. Bu problemi aradan qaldırmaq üçün müxtəlif iqtisadi yollar axtarılır. 2017-ci ilin iyul ayından ölkədə tütün, qazlı və energetik içkilərə görə 50-100 faiz səviyyəsində istehlak vergisi tutulmağa başlanılmışdı. 2018-ci il may ayının 15-də isə tərkibində şəkər olan içkilər və elektron siqaretə vergi qoyulması üçün qanunvericilikdə dəyişiklik edilməsi barədə qərar qəbul edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az