Səudiyyə Ərəbistanında neft hasilatının rekord səviyyəyə qalxdığı bildirilir | Banco.az

Səudiyyə Ərəbistanında neft hasilatının rekord səviyyəyə qalxdığı bildirilir

Səudiyyə Ərəbistanının neft hasilatının Noyabr ayının əvvəllərində gündəlik 11 milyon barrelə yaxınlaşaraq rekord səviyyəyə çıxdığı bildirilir.

Səudiyyə Ərəbistanının istehsalını izləyən yüksək səviyyəli rəsmilərinə görə, bu ölkənin xam neft istehsalı, sanksiyalar ilə əlaqədar İranın azalan ixracından sonra normaldan daha çox gələn tələbə görə, bu ayın əvvəllərində gündəlik 11 milyon barrelə çıxaraq rekord səviyyəyə çatıb.

Krallıq ilə ticarət əlaqələrini qorumaq üçün adlarını verməyən bu şəxslər, Ər-Riyadın gündəlik 10.8 milyon ilə 10.9 milyon barrel neft hasil etməkdə olduğunu və bəzi günlər, daxili və xarici ehtiyatları azaldılaraq gündəlik 11 milyon barreldən çox neftin bazara verildiyini qeyd ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Səudiyyə Ərəbistanı rəsmiləri xəbərə münasibət bildirməyiblər. Bir ticarət nəşri olan "The International Oil Daily", Səudiyyə Ərəbistanının hasilat göstəricilərinə bu gün xəbərlərində yer verib.

Ər-Riyadın yüksək miqdarda istehsalı ay ərzində qoruyub-qorumayacağıhələ məlum deyil.

marja.az