Səudiyyə Ərəbistanı neft və qaz ehtiyatlarının artdığını açıqlayıb | Banco.az

Səudiyyə Ərəbistanı neft və qaz ehtiyatlarının artdığını açıqlayıb

Səudiyyə Ərəbistanının Enerji, Sənaye və Mineral Resurslar Nazirliyi, "Suudi Aramco"nun ərazisində "DeGolyer" və "MacNaughton" şirkəti tərəfindən aparılan müstəqil yoxlamadan sonra neft və qaz ehtiyatlarının artdığını açıqlayıb.
 
Səudiyyə Ərəbistanı informasiya agentliyi SPA-ya açıqlama verən nazirlik rəsmisi, 31 Dekabr 2018-ci il tarixinə sübut olunmuş neft  ehtiyatlarının 268.5 milyard barel neft  olduğunu açıqlayıb.

"Aramco"nun sahəsində 260.9 milyard barel neft olduğu daha əvvəl aşkar edilmişdi.

Nazirlik, təbii qaz ehtiyatlarındakı artımın isə 8.56 trilyon kubmetrdən 9.2 trilyon kubmetrə yüksəldiyi məlumatını da verib. 

marja