Şərqi Zəngəzurun turizm potensialından istifadə üzrə yeni layihə hazırlanır | Banco.az

Şərqi Zəngəzurun turizm potensialından istifadə üzrə yeni layihə hazırlanır

Şərqi Zəngəzur iqtisadi rayonunun iqtisadi potensialından istifadə edilməsi üçün yeni layihə hazırlanır.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına istinadən xəbər verilir ki, bunu qurumun tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş Komissiyası”nın sədri Ruslan Quliyev bildirib.

O, ölkəmizin turizm imkanlarını xaricdə tanıtmaq üçün görülən işlər və bu il iştirak edəcəkləri dörd beynəlxalq tədbir haqqında fikirlərini bölüşüb.

Müzakirələr Komissiyanın növbəti iclasında baş tutub. İclasda Komissiyanın yeni nizamnaməsi, sektorda kadrların hazırlanması ilə bağlı məlumat verilib, xüsusən Komissiyanın xətti ilə 12 ixtisas üzrə Sumqayıtda Turan Qastroturizm Akademiyasının yaradıldığı qeyd edilib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram