Şərikli sığorta nədir? | Banco.az

Şərikli sığorta nədir?

Şərikli sığorta- Riskin iki və ya daha çox sığortaçı arasında onların hər birinin hüquq və vəzifələrini ehtiva edən eyni müqavilə əsasında sığortalanması.

Müəssisə ona məxsus zavodu orada yerləşən bütün avadanlıqlarla birlikdə sığorta etdirmək niyyətini açıqlayır və bununla bağlı “A” sığortaçıya müraciət edir. Zavodun sığorta riskləri 850.000.000 manat həcmində dəyərləndirilir. “A” sığortaçı böyük məbləğdə olan riski təkbaşına sığortalamağa cəsarət etmir və buna görə də həmin riskin şərikli sığortalanması üçün “B”, “C” və “D” sığortaçılara da təklif edir. Sığortaçılar öz maliyyə imkanlarına uyğun olaraq riskin şərikli sığortalanmasına razılıq verirlər. Belə ki, riskdə “A” sığortaçının 40% (340.000.000 manat), “B” sığortaçının 20% (170.000.000 manat), “C” sığortaçının 35% (297.500.000 manat) və “D” sığortaçının 5% (42.500.000 manat) payları barədə ümumi razılıq əldə edilir. Bu zaman “A” sığortaçı şərikli sığorta müqaviləsi üzrə operator (və ya lider), yəni müəssisə ilə sığortaçılar arasında əlaqələndirici funksiyaları yerinə yetirən şəxs təyin olunur. Sığorta müqaviləsində sığortaçı qismində dörd sığortaçının hər birinin adı və onların üzərilərinə götürdükləri riskin həcmi və s. qeyd edilir. Bu, həm də onların sığorta müqaviləsinin şərtləri ilə razılıqlarını ifadə edir. Müqavilənin qüvvədə olduğu 4-cü ayda müəssisədə qəza baş verir və dəyən zərərin məbləği 16.000.000 manat məbləğində qiymətləndirilir. Bu zaman hər bir sığortaçı sığorta ödənişlərini müqavilədən asılı olaraq ya birbaşa, ya da operator sığortaçı vasitəsilə ödəməlidirlər və sığorta ödənişlərinin məbləği şərikli sığorta müqaviləsi üzrə üzərilərinə götürdükləri riskin həcminə mütənasib olaraq aşağıdakı qaydada bölüşdürüləcəkdir: “A” sığortaçı: 6.400.000 manat (160.000.000x40/100=6.400.000 manat); “B” sığortaçı: 3.200.000 manat (160.000.000x20/100=3.200.000 manat); “C” sığortaçı: 5.600.000 manat (160.000.000x35/100=5.600.000 manat) və “D” sığortaçı: 800.000 manat (160.000.000x5/100=800.000 manat).

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNVERİCİLİYİNƏ İSTİNAD

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, a. Şərikli sığorta bir neçə sığortaçının aralarında bağladıqları müqaviləyə müvafiq olaraq, sığorta ödənişi üzrə öhdəlikləri bö­ lüşdürməklə sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərini eyni zamanda sığortalamaları ilə bağlı fəaliyyət və bununla əlaqədar yaranan münasibətlərdir. b. Sığorta obyekti bir müqavilə ilə bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu müqavilədə hər bir sığortaçının razılaşdı­ rılmış paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır. c. Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər. d. Müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olmayan sığortaçı şərikli sığortada iştirak edə bilməz.

Ən sərfəli kredit üçün müraciət et

BEYNƏLXALQ TƏCRÜBƏDƏN NÜMUNƏ

Rusiya Federasiyasının Mülki Məcəlləsi, II Hissə – 1996-cı il, maddə 953: Sığorta obyekti bir sığorta müqaviləsi üzrə bir neçə sığortaçı tərəfindən birgə sığortalana bilər (şərikli sığorta (рус.–сострахование)). Əgər belə müqavilədə hər bir sığortaçının hüquq və vəzifələri müəyyənləşdiril-məmişdirsə, onlar əmlak sığortası üzrə sığorta ödənişinin və ya şəxsi sığorta üzrə sığorta məbləğinin verilməsinə görə sığortalı (faydalanan şəxs) qarşısında birgə öhdəlik daşıyırlar.

Qazaxıstan Respublikasının 2000-ci il 18 dekabr tarixli “Sığorta fəaliyyəti haqqında” Qanunu, maddə 3: Şərikli sığorta – sığorta müqaviləsi üzrə sığorta risklərinin eyni zamanda bir neçə sığorta təş­ kilatında onların arasında bağlanmış sığorta müqaviləsinə uyğun olaraq öhdəliklərinin bö­ lüşdürülməsi ilə qəbul edilməsi üzrə fəaliyyət və bununla əlaqəli münasibətlərdir.

Bolqarıstan Respublikasının Sığorta Məcəlləsi – 2005-ci il, maddə 199: Şərikli sığorta müqaviləsində (eng.– coinsurance contract) iki və ya daha artıq sığortaçı onların biri tərəfindən bağlanmış və ya bağlanması nəzərdə tutulan sığorta müqaviləsi üzrə öhdəlikləri öz aralarında bölüşdürürlər.

Ən sərfəli krediti almaq üçün müraciət et