Serbiya Aİ-nin dəstəyi ilə Rusiyadan asılılığı azaltmağı hədəfləyir | Banco.az

Serbiya Aİ-nin dəstəyi ilə Rusiyadan asılılığı azaltmağı hədəfləyir

Müəllif - Aida İsaq, Banco.az

Serbiya qaz təchizatında Rusiyadan asılılığını azaltmağı hədəfləyir.

Banco.az xəbər verir ki, bu barədə fikirlərini bölüşən Serbiyanın energetika naziri Dubravka Cedoviç ölkəsinin bununla bağlı Avropa İttifaqının köməyinə ümid bəslədiyini qeyd edib. O, Rusiyadan asılılığı azalda biləcək istənilən addımın atılmasını zəruri hesab edib.

Onun sözlərinə görə, məsələn, Azərbaycandan yanacaq idxalına imkan verəcək və ölkəni Yunanıstandakı terminallarla əlaqələndirəcək layihələr üçün yüz milyonlarla avro tələb olunacaq. Serbiya-Bolqarıstan interkonnektorunun dəyərinin yarısı Avropa qrantı hesabına maliyyələşdirilir. Belqrad ölkənin tranzit əhəmiyyətini artıra biləcək digər boru kəmərlərinin tikintisi üçün Aİ-dən daha çox dəstəyin göstərilməsini gözləyir. Dəyəri təxminən 80 milyon avro qiymətləndirilən Serbiya ilə Makedoniyanı birləşdirəcək infrastruktur layihəsi hazırlıq mərhələsindədir.  Alban marşrutuna gəlincə isə bu, ölkənin Adriatik sahilində mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu terminalında işlərin gedişindən asılıdır. 

Nazirin fikrincə alternativ mənbələrdən tədarük üçün lazımi əlaqəni təmin etdikdən sonra Rusiyadan asılılıq dərəcəsi də azala bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram