Sənədsiz evlərlə bağlı yenilik - “Əmlak amnistisiyası” tətbiq ediləcək? | Banco.az

Sənədsiz evlərlə bağlı yenilik - “Əmlak amnistisiyası” tətbiq ediləcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, kommunikasiya xətlərinin üzərində, yüksəkgərginlikli elektrik xətlərinin altında və dəmiryol xəttinin ətrafında olan evlər və obyektlər istisna olmaqla bütün sənədsiz evlərə “əmlak amnistisiyası” tətbiq ediləcək.

“Bu portal 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək. İnsan sağlamlığına və insan fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək”.

Əmlak Məsələləri Dövlət Xidmətindən o da bildirilib ki, yeni sistem işə düşəndən sonra bir sıra xoşagəlməz hallar, o cümlədən bir mənzilin bir neçə adama satılması halları da aradan qalxacaq.

“Eləcə də mənzilin ümumi sahəsinin düzgün hesablanmamasına son qoyulacaq. Bundan başqa, Dövlət Reyestrindən çıxarışı olmayan mənzilin özkəninkiləşdirilməsi prosesi də sadələşdiriləcək. Məlum olduğu kimi, hazırda bəzi mənzil-tikinti kooperativləri çıxarış olmadan mənzili bir şəxsin adından digər şəxsin adına keçirərkən onun ilkin sahibindən külli miqdarda pul alırlar".

Ən sərfəli kredit üçün müraciət et

Məsələyə münasibət bildirən əmlak üzrə ekspert Elnur Fərzəliyev Banco.az-a bildirib ki, ölkədə qanunsuz tikililər ən çox Bakı və Abşeron yarmadasının payına düşüb.

Elnur Fərzəliyev qeyd edib ki, bəzi evlər "əmlak amnistiyası”ndan kənarda qalacaq:

“Çıxarış ala bilməyən fərdi ev və torpaq sahələrinin bir hissəsi Sovet dönəmində, digər hissəsi isə tikinti normativlərinə uyğun olmayan ərazilərdə, digər bir qismi isə təhlükəli zonalarda tikilib. Bu tikililərə çıxarışın verilməsi qanunla mümkün deyil.

Paytaxtın Qaradağ, Binəqədi, Nərimanov, Xəzər, Sabunçu və Suraxanı rayonlarında qadağan olunmuş ərazilərdə təxminən 30 minə yaxın həyət evi inşa olunub.

Hazırda  kommunikasiya xətlərinin yerini dəyişməklə həmin ərazilərdə tikilən evlərin sənədləşdirilməsi də müzakirə olunur”.

Ən sərfəli krediti almaq üçün müraciət et