“Sberbank” onu tənqid edən bloggeri yeni kampaniyasının siması etdi | Banco.az

“Sberbank” onu tənqid edən bloggeri yeni kampaniyasının siması etdi

Rusiyalı blogger “Wylsacom” “Sberbank”ın yeni reklam üzü seçilib.

Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bankın açıqlamasına görə, “Wylsacom” bankın rəqəmsal xidmətləri üzrə ilk siması olacaq.

O, xidmətləri test edəcək və bu barədə auditoriyaya danışacaq. Bankın açıqlamasına görə, müqavilə bir illik bağlanılıb.

“Sberbank”ın rəhbərliyi düşünür ki, layihəyə qoyulan investisiya 250% həcmində onlara geri qayıdacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bankın pərakəndə biznes üzrə marketinq direktoru Aleksey Qiyazov deyib ki, blogger ilə ilk kampaniya 2016-ci ildə həyata keçirilmişdi. Bu onların nəticələrini ənnəvi media kanallarında istifadə ilə müqayisədə 50% yüksəlməsinə səbəb olmuşdu.

O, əlavə edib ki, bank hazırda 25-43 yaş arası yeni auditoriyaya xitab etmək niyyətindədir.

Qeyd edək ki, blogger “Wylsacom”ın “YouTube” kanalında abunəçilərin sayı 4,7 mln. nəfərdir.

TJ yazır ki, yeni sima bir neçə dəfə “Sberbank”ın xidmət səviyyəsi ilə əlaqədar tənqidi çıxışlar etmişdi.

Ən sərfəli krediti almaq üçün müraciət et