Sanksiyalar atmosferə karbon qazı emissiyalarını artırıb | Banco.az

Sanksiyalar atmosferə karbon qazı emissiyalarını artırıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiyaya qarşı təbiq olunan sanksiyalar fonunda hər gün atmosferə 2 min tondan çox karbon qazı (CO2) daxil olur. 

Banco.az xəbər verir ki, məlumata görə, bu, qərbin tətbiq etdiyi məhdudiyyətlər və Rusiya təyyarələri üçün hava məkanının məhdudlaşdırılması fonunda uçuşların müddətinin artırılması fonunda baş verir. Hazırda bütün dünya üzrə uçuşların müddəti marşrutdan asılı olaraq 30 dəqiqədən 5 saata qədər artıb. Qeyd olunur ki, təyyarənin hər əlavə uçuş saatı CO2 emissiyalarını artırır. Yanan bir litr aviasiya yanacağı havaya 2,5 kq-dan çox CO2 buraxır. Bir saatlıq uçuş zamanı 3000 litr yanacaq yandırılır. Yəni, hər əlavə uçuş saatı CO2 emissiyalarını 7,5 ton artırır.

Qeyd edək ki, 2022-ci il ümumdünya karbon emissiyaları hesabatına görə, neftin yanmasından emissiyalar 2,5% və ya 268 milyon ton artaraq 11,2 milyard tona çatıb. Bu artımın təxminən yarısı, 134 milyon tonu hava nəqliyyatının artması ilə bağlıdır. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram