"Samsung"un Rusiyaya tədarükü bərpa etməsi ilə bağlı qərar verilməyib | Banco.az

"Samsung"un Rusiyaya tədarükü bərpa etməsi ilə bağlı qərar verilməyib

Müəllif - Aida İsaq, Banco.az

Cənubi Koreyanın “Samsung” şirkəti Rusiyaya tədarükün bərpasına dair hər hansısa qərar qəbul etməyib.

Banco.az xəbər verir ki,  daha öncə “Samsung” Rusiyada məhsul satışının bərpasını qeyri-müəyyən müddətə təxirə salıb. Şirkətin məhsullarının Rusiya Federasiyasına çatdırılması hazırda həyata keçirilmir.

Qeyd edək ki, sentyabrda baş nazirin müavini, sənaye və ticarət naziri Denis Manturov Rusiya bazarını tərk etmiş şirkətlərin və brendlərin ölkəyə geri qayıtmağa və ya gələcəkdə müxtəlif formalarda əməkdaşlıq etməyə maraqlı olduğunu bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et