“Samsung”un bu modeli Avropada daha baha qiymətə satılacaq | Banco.az

“Samsung”un bu modeli Avropada daha baha qiymətə satılacaq

Müəllif - Aida İsaq, Banco.az

“Samsung Galaxy S23” smartfonunun flaqman seriyası ABŞ istisna olmaqla, dünyanın bir çox ölkələrində keçən ilki sələfləri ilə müqayisədə bahalaşacaq.

Banco.az xəbər verir ki, “Galaxy S23” və “S23+”ın əsas versiyaları sələflərindən 100 avro baha olacaq. Eyni zamanda, “Galaxy S23 Ultra” əsas model “Galaxy S22 Ultra”dan 150 avro baha olacaq. Lakin istifadəçilərə 128 GB əvəzinə minimum 256 GB yaddaş təklifi təqdim olunacaq.

Qeyd olunur ki, “Galaxy S23” Almaniya, Belçika, Hollandiya və Lüksemburqda 949 avroya, “Galaxy S23+” 1199 avroya, “Galaxy S23 Ultra” isə 1399 avroya başa gələcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et