Samsung-un mənfəətində böyük azalma | Banco.az

Samsung-un mənfəətində böyük azalma

"Samsung Electronics Co"nun əməliyyat mənfəəti dörd ildən uzun bir müddətin ən kəskin azalmasını qeyd edib. Mənfəətin azalmasına bir sıra məhsulların qiymətlərinin aşağı düşməsi və ağıllı telefon satışlarının yavaşlaması səbəb olub.

Mart ayında başa çatan üç aylıq dövrdə Cənubi Koreya şirkətinin əməliyyat mənfəəti 60 faiz düşərək 6.2 trilyon won-a (5.5 milyard dollar) geriləyib. Bu, 2014-də baş verən oxşar bir azalmadan bəri baş verən ən kəskin geriləmədir. 

Ən sərfəli kredit üçün müraciət et

Bloomberg-in sorğusuna qatılan analitiklərin gözləntisi 56 faiz azalma ilə orta hesabla 6.93 trilyon won-a geriləmə olacağı istiqamətində idi.

İlin ikinci yarısında telefon satışlarının gözləyəndən yaxşı olması gözlənilir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et