Demək olar ki, Samsung və Apple arasında yaşanan patent iddialarını bilməyən artıq yoxdur. Davam edən məhkəmə işlərindən birində Samsung və Apple döyüşünü olduqca qızışdıracaq yeni sənədlər ortaya çıxdı. Apple-nin məhkəmədə istifadə etdiyi sənədlər arasında olan, Samsung-un iPhone-a hücum etmək üçün Steve Jobsun ölümünü istifadə etməyi istəməsi günün xəbərlərinə bomba kimi düşdü.
Məhkəməyə təqdim edilən söhbət, Samsung-un iki üst səviyyə idarəçisi Samsung Telecommunications America (STA)-nın rəhbərliyində olan Dale Sohn və STA-nın satış əməliyyatlarının sədr müavini Michael Pennington arasında keçən e-poçtlardan ibarətdir. 5 Oktyabr 2011-ci ildə Apple-nin əfsanəvi CEO-su Steve Jobsun həyatını itirməsini e-poçt vasitəsilə qiymətləndirən bu iki üst səviyyə idarəçi, Steve Jobsun ölümününün iPhone-a hücum etmək üçün ən yaxşı fürsət olduğundan bəhs edirlər.
Danışıqlarda həmçinin Steve Jobsun həyatını itirməsindən sonra Apple-nin geriləyəcəyini söyləyən idarəçilər, Apple-a qarşı üstünlük təmin etmək üçün Jobsun ölümündən istifadə etməyin lazım olduğunu ifadə edirlər.
Bu danışıqların günün xəbərlərinə düşməsindən sonra, mövzu haqqında açıqlama verən bəzi rəhbərlər, şirkətlər arasında hər zaman rəqabətin yaşana biləcəyini ancaq, birinin ölümündən istifadə edərək bu siyasətlərin davam etdirilməsinin insancıl bir davranış olmadığı vurğulanmışlar.
Günel Abduraxmanova / Banco.az