Strategiya analitiklərinin araşdırmalarına əsasən 2015-ci ilin ilk rübü ərzində Samsung Electronics Co Ltd Apple-in göstəricilərini keçərək top smartfon istehsalçısı olub.
Həmçinin analitiklər qeyd edib ki, şirkət 83.2 mln smartfon istehsal edib, bu isə smartfon bazarının 24%-nə ağalıq etmək deməkdir. Ötən ilin sonunda isə onun göstəricisi 31% olub. Apple isə dünya bazarında satışın cəmi 18%-ni əlində cəmləşdirməyi bacarıb.
Strategy Analytics-in icraçı direktoru Neil Mawston sonda vurğulayıb ki, “Samsung Asiya və eləcə də digər bazarlarda daim rəqabətlə üzləşsə də, bu rüb ərzində öz stabil inkşafını qoruyub saxlayıb. O, maksimal nəticə göstərərək dünyanın top smartfon ixracatçısı olub.”