Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-da tarif siyasəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Banco.az xəbər verir ki, Donald Tramp ABŞ Ali Məhkəməsinin qərarının ölkəyə yüz milyardlarla dollara başa gələcəyini bildirib.
Respublikaçıların Nümayəndələr Palatasının Seçki Komitəsi tərəfindən təşkil edilən illik ianə toplama tədbirində çıxış edən Tramp qeyd edib ki, məhkəmənin qərarı nəticəsində böyük həcmdə vəsait geri qaytarılmalı ola bilər. Onun sözlərinə görə, bu vəsaitlər bu da ABŞ büdcəsinə ciddi zərbə vuracaq.
Tramp iddia edib ki, problem Ali Məhkəmənin qərarında texniki bir məqamın – yəni artıq ödənilmiş tariflərin geri qaytarılmaması ilə bağlı açıq ifadənin yer almamasından qaynaqlanır. O bildirib ki, bu çatışmazlıq ölkəyə böyük maliyyə itkisi riski yaradır.
