İraqın neft hasilatı kəskin azalıb – səbəb nədir? | Banco.az

İraqın neft hasilatı kəskin azalıb – səbəb nədir?

Müəllif:Mehin Qasımova,Banco.az

İraq neft hasilatını təxminən 80 faiz azaldaraq gündəlik 800 min barel səviyyəsinə endirib.

Banco.az xəbər verir ki, buna səbəb kimi  regionda davam edən münaqişə fonunda Hörmüz boğazı vasitəsilə ixracda yaranan ciddi fasilələr göstərilir.

Rəsmi Bağdad vəziyyəti nəzarətdə saxlamaq üçün beynəlxalq enerji şirkətlərinə də göstəriş verib. Belə ki, BP və Eni kimi nəhəng şirkətlərə ölkənin cənubundakı əsas neft yataqlarında hasilatı daha da azaltmaq tapşırılıb.

Rəsmi mənbələr xəbərdarlıq edir ki, mövcud kəsintilər davam edərsə, hasilatın daha da aşağı düşməsi istisna edilmir. Bu vəziyyət isə qlobal enerji bazarlarında qiymətlərin artmasına və təchizat zəncirində yeni risklərin yaranmasına səbəb ola bilər.