"Samsung" çip istehsalını azaldacaq | Banco.az

"Samsung" çip istehsalını azaldacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Samsung Electronics Co” 2009-cu il maliyyə böhranından sonra ən aşağı gəlir əldə etməsi ilə yaddaş çipi istehsalını azaldacağını söyləyib.

Banco.az xəbər verir ki, dünyanın ən böyük yaddaş çipi istehsalçısı olan “Samsung”un mənfəəti martda başa çatan üç aylıq dövrdə  95 faizdən çox azalaraq 600 milyard von (450 milyon dollar) təşkil edib.

Satışlar isə 19 faiz azalaraq 63 trilyon von olub.

Cənubi Koreyalı şirkət yaddaş çipinin istehsalını "əhəmiyyətli səviyyəyə" endirəcəyini açıqlayıb. Bu, çip qiymətlərinin ucuzlaşması səbəbindən gözlənilən addım idi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, açıqlamadan sonra “Samsung”un səhmləri 4,7 faiz bahalaşaraq son üç ayda ən yüksək gündəlik artıma imza atıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et