Salvador bitkoin investorlarına vətəndaşlıq verən qanun layihəsini təsdiqləyib | Banco.az

Salvador bitkoin investorlarına vətəndaşlıq verən qanun layihəsini təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoini rəsmi ödəniş vasitəsi kimi qəbul edən ilk ölkə olan Salvadordan növbəti addım gəlib.

Banco.az xəbər verir ki, Salvador Konqresi hökumətin sosial və iqtisadi inkişaf proqramlarına bitkoin ianə edən əcnəbilərə sürətli vətəndaşlıq verilməsini nəzərdə tutan immiqrasiya qanunvericiliyi qəbul edib.

Qanunun yaxın günlərdə qüvvəyə minməsi nəzərdə tutulub.

Yeni qanunvericilikdə ölkə prezidenti Nayib Bukelenin inkişaf layihələrinə istinad edilib. Qeyd olunub ki, Salvadorun iqtisadi, sosial və mədəni inkişafına dəstək olmaq istəyənlər bitkoin ilə ianə verə bilərlər. Qanunvericilik minimum ianə tələbini isə müəyyən etməyib.

Məlumat üçün qeyd edək ki, Salvador vətəndaşlığı üçün beş illik daimi yaşayış tələbi var mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Mərkəzi Amerika ölkəsi olan Salvador 2021-ci ildə bitkoini milli valyuta kimi təsdiqləmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram