Şahin Mustafayev: “Azərbaycan Rusiyaya meyvə və tərəvəz ixracını 2 dəfə artıra bilər” | Banco.az

Şahin Mustafayev: “Azərbaycan Rusiyaya meyvə və tərəvəz ixracını 2 dəfə artıra bilər”

"Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası çərçivəsində aparılan təhlil hər iki tərəfin gəldiyi qənaət ondan ibarətdir ki, Azərbaycan Rusiyaya meyvə və tərəvəzin ixracını 2 dəfəyə yaxın artıra bilər".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, bu Azərbaycan iqtisadiyyatının potensialı baxımından və Rusiya bazarının imkanları baxımından mümkün hesab olunur.

Ən sərfəli kredit üçün müraciət et

O bildirib ki, ötən il Azərbaycan meyvə-tərəvəz istehsalçıları Rusiyaya 555 min ton meyvə və tərəvəz ixrac edib: “Biz düşünürük ki, bu gün bu rəqəmi ən azı iki dəfə artırmağa imkan var. Yəni, bu həcmləri təxminən 1 milyon tona çatdırmaq imkanları var”.

Nazir qeyd edib ki, Yekaterinburqda logistik mərkəzin yaradılması bu rəqəmlərin reallaşdırılması istiqamətində yaradılan bir layihə olacaq.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et